Qaşınma xəstəliyi zamanı neçə davranmalıyıq
Əgər qaşınma xətəliyiniz varsa, bir həftə ərzində istifadə edilən bütün geyimlər, alt paltarları və yataq dəstləri ən azı 60 dərəcə istilikdə yuyulmalı və quruducuda və ya açıq havada qurudulmalı və ya ütülənməlidir. Dərman istehsalçının tövsiyə etdiyi müddət ərzində bədəndə qalmalıdır. Müalicədən sonra təmiz paltar geyinilməlidir.Mebel və xalça kimi məişət əşyaları, xüsusən də qabıqlı qoturlu xəstələr üçün tozsoranla təmizlənməlidir.
Qotur adətən dəridən dəriyə təmas yolu ilə ötürülür və hər kəsdə müşahidə oluna bilər.
Qocalar evləri, uşaq bağçaları, izdihamlı mühitlər və qeyri-kafi gigiyena şəraiti qaşınma xəstəliyinin baş verə biləcəyi yerlərdir.
Simptomlar hansılardır?
-Gecə qaşınması
-İsti vanna ilə artan qaşınma
- Dərinin səthində boz-ağ və dəri rəngli qabarıq xətlər şəklində tunellər
-Qalın qabıqların əmələ gəlməsi
-Körpələrin və uşaqların başında, üzündə, boyunda, ovuc içlərində və dabanlarında qaşınma və qızartı
Qoturun yayılmasının qarşısını almaq üçün şəxsi gigiyenaya riayət etmək, yoluxmuş insanlarla təması məhdudlaşdırmaq və yoluxmada şübhəli bilinən şəxsləri dərhal müalicə etmək vacibdir.
Mənbə: npistanbul
Tərcümə etdi: Nailə Hadizadə
