
Bir insanın yalan danışdığını necə bilmək olar?
Qarşımızdakı insanın yalan danışdığını fiziki hərəkətlərindən, üzündəki ifadədən və ya dediyi sözlərdən anlamaq olar. Bir insanın yalan danışdığı qərarına gəlmək üçün hadisələrə sağlam yanaşılmalıdır. Əgər qarşı tərəfi oxumağı bilirsinizsə, onun yalan danışıb-danışmadığını asanlıqla anlaya bilərsiniz. Bu, həyatınızdakı insanı yaxşı tanımaqdan ibarətdir. Əgər qarşı tərəfin əhval-ruhiyyəsindən onun bədən dilini və ağzından çıxan sözlərin intonasiyasını oxuyacaq qədər xəbərdar olunsa, onun yalan danışdığını başa düşmək çox asan olacaq, amma əlbəttə ki, hər zaman bizə yol göstərən ipuçlar var. Bir insanın yalan danışıb-danışmadığını anlamaq üçün iki fərqli müşahidə lazımdır.
Əhval və münasibətlər
Yalan çox vaxt insana həqiqəti söyləməkdən daha böyük məsuliyyət qoyur. Çünki həqiqət birdir və heç vaxt dəyişməz. Bununla belə, bir yalan onlarla, hətta yüzlərlə də ola bilər. Ancaq insanın stress keçirməsinin ən əhəmiyyətli səbəbi dediyi yalanı həqiqətmiş kimi qəbul edərək həyatını yaşamalı olmasıdır. Həmişə həqiqəti yadda saxlamaq və xatırlatmaq lazım deyil. Çünki yalan çox böyük yükdür və bu yükün ağırlığı altında əzilməmək mümkün deyil. Bu səbəbdən də yalan danışan adam mütləq hardasa partlayan əhval-ruhiyyəni idarə edə bilməyəcək və özünü təslim edəcəkdir.
Yalan danışan və bunu vərdiş halına gətirən əksər insanların ən çox diqqət çəkən xüsusiyyəti onların daim əsəbi olmasıdır. Bu gərginliyə görə onlar həmişə özünümüdafiə vəziyyətinə keçirlər. Onlar daim sorğu-sual edildiyinə və ətrafdakı insanların yalanlarını və ya zəifliklərini üzə çıxarmağa çalışdıqlarına inanırlar. Bu vəziyyət onları həmişə gərgin və kənarda saxlayır, baxmayaraq ki, əslində ətrafda heç bir təhlükə yoxdur. Özlərini tələyə düşmüş hiss etdikləri üçün hər zaman hücuma hazırdırlar. Mənasız və lazımsız gərginlik yaşayırlar, lakin buna baxmayaraq, sanki dünyanın ən rahat insanı kimi davranırlar. Ancaq bu davranış o qədər uydurulmuşdur ki, əsas gərginlik min metr uzaqdan seçilə bilər.
Bədən dili və fiziki göstəricilər
Yalan danışmaq həmişə gərginlik yaradır. Dünyanın ən rahat və qayğısız insanı belə yalan danışdıqdan sonra fizioloji olaraq əvvəlki kimi qala bilməz. Yalan danışan insan üçün bir yalanın üzə çıxma ehtimalı bir çox cəhətdən çox risklidir. Ən əsası isə rüsvay olmaq qorxusudur. Bu vəziyyət, hətta rüsvay olmaq fikri də insanı ciddi fizioloji dəyişikliyə aparır. Nə qədər gizlədilməyə çalışılsa da, müvəffəqiyyətli bir göz bu dəyişiklikləri anbaan oxuya bilər.
Tədqiq ediləcək ilk fiziki xüsusiyyət insanın bədən dilindən necə istifadə etməsidir. Qarşıdakı, insan bir şey söyləmək istəyərkən çox şişirdilmiş bədən dilindən istifadə edirsə və ya problemini olması lazım olduğundan daha sakit və ya daha çox ehtirasla izah etməyə çalışırsa, çox güman ki, o, sözlərdən şübhələnir. O sizə şüurlu şəkildə yalan deyir. Bundan əlavə, gözlər və əllər qarşımızdakı insanın bizə yalan danışıb-danışmadığını anlamaq üçün ən vacib göstəricilərdir. Əgər sizinlə danışarkən qarşınızdakı insan uzağa baxırsa və ya şişirdilmiş göz təması qurarsa, o, yalan danışma gərginliyini yaşayır. Eynilə əllərini tez-tez ovuşdurursa və ya hərəkətsiz saxlamaqda çətinlik çəkirsə, bu, psixoloji təzyiqin ən bariz xüsusiyyətlərindən biridir. Eyni zamanda dərinin qızarması və qəfil tərləmə də yalan danışan insanların aşkarlanmasında çox kömək edir. Yalan danışan insanın yaşadığı gərginlik onun orqanizmində ifraz olunan hormonlarda ani dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər mütləq fizioloji olaraq özünü göstərəcək. Tərləmə, ürəkbulanma, iştahsızlıq və ya iştahın artması da yalan danışan adamı aşkar etməyi asanlaşdırır.
Mənbə: Labmedya
Tərcümə etdi: Aminə Paşazadə
