Dünyada neçə növ meyvənin olduğu dəqiq bilinməsə də, minlərlə insanın verdiyi cavablar sayılır. Kənd təsərrüfatı mütəxəssisləri daim yeni meyvə növləri yetişdirirlər; məsələn, bananın ən azı 1600 çeşidi var.

Meyvələr çiçəkli bitkilərin tərkib hissəsidir. Meyvələrin məqsədi bitkinin toxumlarını dağıtmaqdır. Bəzi meyvələr yeməli olur və insanlar və heyvanlarla birlikdə hərəkət etdikdə inkişaf edir, insanlara qida maddələri verir və bitkilərə dağılır. Meyvələr qlobal kənd təsərrüfatı istehsalının mühüm hissəsini təşkil edir. ABŞ-də tez-tez yeyilən meyvələrə alma, sitrus meyvələri, banan, çiyələk, armud, üzüm və gavalı daxildir.
Toxumsuz meyvələrə banan, ananas, bəzi portağal və qreypfrut, bəzi üzüm və bəzi qarpız növləri daxildir. Bir çox meyvədən marmelad və mürəbbə hazırlanır. Bəziləri peçenye, tortlar və dondurma kimi işlənmiş qidalarda da istifadə olunur. Şirələr və şərab da daxil olmaqla, içkilərin hazırlanması üçün əhəmiyyətli miqdarda meyvə istifadə olunur.
Dünyadakı bitki növlərinin ümumi sayı Kral Botanika Bağları, Kew tərəfindən 390,900 olaraq qiymətləndirilir. Təxminən 1000-2000 bitki növü insanlar tərəfindən yeyilə bilər. Təxminən 100-200 bitki növü dünya ticarətində mühüm rol oynayır və 15-ə yaxın növ qida bitkilərinin əksəriyyətini təmin edir. Bunlara soya, fıstıq, düyü, buğda və banan daxildir.
Mənbə: 411 answers
Tərcümə etdi: Zəhra Niftiyeva
