Bu gün:

Quşlar nə vaxt köç edəcəklərini necə bilirlər?




Quşlar gündüz işığının miqdarının dəyişməsindən asılı olaraq bədənlərində baş verən fizioloji və biokimyəvi dəyişikliklər nəticəsində köç edirlər.



Köçəri quşlar səmərəli çoxalmaq üçün öz çoxalma yerlərinə vaxtında çatmalıdırlar. Əgər onlar çoxalma sahələrinə çox erkən gəlsələr, qışın hələ bitməməsi bu quşların aclıq təhlükəsi ilə üz-üzə qalmasına səbəb ola bilər. 


Köçəri quşlar hər günün işıq uzunluğunu və ya fotoperiodunu izləyirlər ki, bu vaxtı çoxalma üçün ən uyğun vaxtı müəyyənləşdirə bilsinlər. 24 saatlıq bir müddətdə gündüz işığının müddəti fotoperiod adlanır. Bu izləmə işığı aşkar etmək üçün beyinlərində xüsusi fotoreseptorlardan istifadə edən heyvanlarda instinktiv olaraq baş verir. Fotoreseptorlar işığa həssas hüceyrələrdir, tərkibində opsinlər adlanan zülallar var. Quşların gözlərindən başqa epifiz və hipotalamusunda da fotoreseptorlar vardır. 



Məsələn, onurğalıların tor qişasında konus hüceyrələri (rəng görmə təmin edən) və çubuq hüceyrələr (qara-ağ görmə təmin edən) fotoreseptorlardır.


Köçəri quşlarda bu fotoreseptorlar qışın sonu və yazın əvvəlində günlərin uzandığını hiss etdikdə bədən sistemlərində bəzi fəaliyyətləri işə salırlar. Günlər qısaldıqca və ya uzandıqca quşların biokimyasında və fiziologiyasında çoxlu dəyişikliklər baş verir.


Məsələn, quşlar köhnəlmiş lələklərini tökür və yeniləri əmələ gəlir. Onların hormonları dəyişdikcə həzm nümunələri dəyişir. Bu, onların daha çox yeməsinə, kökəlməsinə səbəb olur və onların uçuş əzələlərini inkişaf etdirməsinə şərait yaradır. Bəzi quşlarda kifayət qədər yemək yedikdən sonra ifraz olunan qrelin adlı həzm hormonu onları narahat etməyə başlayır ki, bu da onları uçmağa təşviq edir.


Mənbə: Bilim Genç Tübitak 


Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et