Xəstəliklər mədəni dəyişikliyə necə kömək etdi?
Müasir qərb cəmiyyətində, bir çox insanlar infeksiyalara inanc və mədəni dəyişikliyin əsas elementləri kimi deyil, sadəcə olaraq sağlamlıq və rifah üçün bioloji təhlükə kimi baxırlar.

Bəzi insanlar yeni yoluxucu xəstəliklərin yayılmasının insanların vaxtaşırı qarşılaşmalı olduqları bir şey olduğunu düşünür. Lakin Maori nümunəsinin göstərdiyi kimi xəstəlik təkcə həyatımıza təhlükə deyil. Bu, mədəni dəyişikliyə kompleks və qiymətləndirilməmiş bir stimuldur.
Xəstəliklər tarix boyu insan cəmiyyətlərinə dağıdıcı təsir göstərmişdir. Qədim Afinadakı Perikl vəbasından tutmuş bugünkü COVID-ə qədər yoluxucu epidemiyaların tarixini birlikdə götürsəniz , yoluxucu xəstəliklər tarix boyu bütün müharibələrin cəmindən daha çox insan ölümünə səbəb olub. Əslində, yoluxucu xəstəliklər çox vaxt müharibənin yaratdığı şəraitdən istifadə edir. Napoleon müharibələri zamanı Britaniya ordusunda insanlar döyüş yaralarından səkkiz dəfə daha çox yoluxucu xəstəlikdən dünyasını dəyişib. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün bəzi xalqların öz ritualları var.
Tarixə məlum olan ən qədim ritual 3000 il əvvəl Anadoluda (indiki Türkiyə) öz qüdrətinin zirvəsini görən Hetlər arasında görülüb. Xəstə insana tətbiq edilən təmizlənmə mərasiminin qalıqlarını atmaq cadugərlik, bir çox mədəniyyətlərdə ağır cinayət hesab olunurdu. Və bu gün Hindistanın Bihar şəhərində doğuş zamanı tətbiq olunan gigiyena ilə əlaqəli bir çox ənənəvi adətlər müasir tibbi təlimatlara uyğundur.
Mənbə: Nasilbe
Tərcümə etdi: Nəzri Süleyma
