Bu gün:

Nağara


Nağara- zərb musiqi alətidir. Nağara üçün ilk şərt insan səsləri idi. Qədim insanlar sinələrini döyəcləyərək, qışqıraraq yırtıcı heyvanlardan qorunmalı idilər. İndiki ilə müqayisədə nağaraçılar eyni şəkildə hərəkət edirlər.

İllər keçdi, bəşəriyyət inkişaf etdi. İnsanlar səsləri doğaçlama vasitələrdən almağı öyrəndilər. Müasir nağaraya bənzəyən əşyalar peyda oldu. Əsas olaraq içi boş bir gövdə götürülmüş və hər iki tərəfə pərdələr çəkilmişdir. Pərdələr heyvanların dərisindən hazırlanmış və eyni heyvanların damarları ilə sıxılmışdır. Daha sonra bunun üçün iplərdən istifadə edilirdi. İndi onlar metal bağlayıcılardan istifadə edirlər. 

Eramızdan əvvəl Mesopotamiyada arxeoloqlar təxminən 6 min il əvvələ aid kiçik silindrlər şəklində hazırlanmış zərb aləti tapdılar. Cənubi Amerika mağaralarında divarlarda nağara rəsmləri tapıldı. Qədim dövrdə nağara hazırlamaq üçün müxtəlif materiallardan istifadə olunurdu.

Mənbə: toolsmusic.ru

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et