Bu gün:

Metrolarda oturacaq yerləri niyə yan-yanadır?


Demək olar ki, bütün dünyada metroların oturma düzülüşü yan-yana layihələndirilib. Avtobuslarda daha çox sərnişin daşımaq üçün oturacaqlar iki nəfərlik oturacaqlar kimi nəzərdə tutulub. Bəs niyə metrolarda oturacaqların düzülüşü yan-yana qurulub?


Əgər metrolarda oturacaqların düzülüşü avtobuslardakı kimi iki nəfərlik olsaydı, sərnişinlərin metroya minib-düşməsi çox çətin olardı. Metrolardan qısa müddət ərzində istifadə edildiyi üçün bu sistemə üstünlük verilmir. Metrolar, əslində, sərnişinlərin davranışı ilə bağlı araşdırmalar əsasında dizayn edilir. Sərnişin davranışı, xüsusilə, metronun sıx istifadə olunmadığı saatlarda müşahidə olunur. Beləliklə, sərnişinin iki variantı olanda onun hansına üstünlük verdiyi aydın olur. Araşdırmanın nəticələrinə görə, sərnişinlər, əslində, bir-birinə yaxın oturmağı sevmirlər. Sərnişinlər, ümumiyyətlə, metrolarda çıxış qapısına ən yaxın dirəklərdə gözləməyə üstünlük verirlər. Bu səbəbdən metronun qapıları geniş dizayn edilir. Metroda oturacaqlar nə qədər çox olarsa, insanlar oturacaqlara oturmaq üçün orta hissədə bir o qədər çox vaxt sərf edərək digər sərnişinlərin içəri girməsinə maneə olurlar.


Mənbə:thenewyorktimes.com


Tərcümə etdi: Meşədiyeva Türkanə

Paylaş
Şərh əlavə et