
Dünyanın ən sevilən cizgi filmi personajlarından biri olan Vinni Pux bala olan sevgisi ilə məşhurdur. Balı bu qədər sevən yeganə ayı odur, yoxsa ümumiyyətlə, ayılar balı sevir?
Bir ayının pəhrizi müxtəlifdir. Ayıların vəhşi təbiətdə sağlam qalmaq üçün yüksək miqdarda proteinə ehtiyacı var, buna görə də onların pəhrizi il boyu dəyişə bilər. Ayılar arılar və sürfələr də daxil olmaqla bol protein ehtiva edən arı pətəklərini tamamilə yeyirlər. Cizgi filmlərində göstərilənlərin əksinə olaraq, bir banka balı deyil, bütün pətəyi yeyirlər. Bəzi araşdırmalar ayıların balı sevdiyini göstərsə də məsələ onların bala olan sevgisində deyil, protein ehtiyacıdır. Ayıların tükləri o qədər qalındır ki, arılar bədənlərinin çox hissəsini sancmırlar, lakin tüklərin ən az olduğu üzü və qulaq ətrafı arıların hücumuna məruz qalır.
Mənbə: thefactsite.com
Tərcümə etdi: Meşədiyeva Türkanə
