Bu gün:

Yelkən balığı


Yelkən balığı dənizdə yaşayan ən sürətli balıq kimi tanınır. Bu balıq növləri xüsusiyyətləri ilə digər balıqlardan fərqli bir quruluşa malikdir. Yelkən balıqları dünyanın ən sürətli su canlılarıdır.

Rənginə görə yelkənli balıqlara mavi yelkən balığı deyilir. Görünüşünə görə qılınc balığına bənzəyən yelkənli balıqlar saatda 110 kilometr sürətə çata bilir. Onların hündürlüyü 1,5 metr, ömrünün 13 il olduğu məlumdur. Yelkən balığı ən diqqət çəkən balıq növləridir və sivri ağız quruluşu ilə fərqli bir görünüşə malikdir. Çəkilərinə baxdığımızda 20 kiloqram ilə 100 kiloqram arasında dəyişdikləri görülür. Yelkən balığının elmi adı Istiophorus Albicans-dır və ilk dəfə 1972-ci ildə kəşf edilmişdir. Atlantik okeanında balıq növü sayılan yelkən balığı Marlin balığı kimi də tanınır.

Mənbə: Hürriyet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş