Bu gün:

Mikrofon


Müasir dünyada mikrofon sadə texnoloji vasitədir. Biz ondan hər yerdə: telefonlarda, noutbuklarda, hətta televizorlarda belə istifadə edirik. Mikrofonların bəzi növləri müxtəlif otaqların akustik xüsusiyyətlərinin öyrənilməsində, rabitə və səs gücləndirici sistemlərdə (müxtəlif çıxışlar zamanı) geniş istifadə olunur.


Mikrofona bənzər cihazlar təxminən 145 il əvvəl yaradılıb. Bu chazların tarixinin tam olaraq neçə il əvvələ gedib çıxdığı bilinmir. Bu illər ərzində elektroakustik çeviriciləri - elektroakustikanı öyrənən ayrıca bir elm sahəsi formalaşmışdır.


Müasir mikrofonun yaradıldığı gün isə 1877-ci il martın 4-ü hesab olunur, o zaman amerikalı ixtiraçı Tomas Edisonla işləyən Emil Berliner öz ixtirasına - səsi gücləndirə bilən cihaza patent alır. Bu rəsmi tarixdir, lakin hər şey o qədər də sadə deyil. Səsləri gücləndirməyə xidmət edən qurğular hələ antik dövrdə, rezonator kimi xidmət etmək üçün divarlara və tamaşaçı cərgələrinə xüsusi qabların içinə, aktyorların maskalarına ağızlıqlar quraşdırıldığı zaman istifadə edilirdi. Düzdür, bunlar tam olaraq mikrofon deyildi, lakin onların məqsədlər təxminən eynidir. 


Mənbə:pop-music.ru


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et