Bu gün:

Durbin necə və nə vaxt icad edilib?


Teleskopla durbin uzaq qohumdur deyə bilərikmi? Axı durbin uzaqdakı şeyləri bizə daha yaxın göstərən bir cihazdır? Bizə müharibədə düşməni göstərə, hansısa uzaq məkanı bizə yaxınlaşdıra bilər. Dürbünün ilk ixtirası 1608-ci ilə təsadüf etsə də, Qalileo Qalile dizaynı inkişaf etdirib və durbin ixtirasını 1610-cu ildə tamamlayıb. 

O, nöqtəyə fokuslanmaq üçün düzülmüş linzaları birləşdirərək müşahidə aparmağa imkan verən, hər iki gözdən istifadə etməklə baxıla bilən və uzaq obyektləri daha yaxın göstərən cihazlara verilən ümumi addır. Fars sözüdür və mənası “dür”-uzaq görən və “min”-görmək sözlərindən ibarətdir. 

Dürbün necə icad edilmişdir?

İtalyan astronomu və fiziki Qalileonun ixtirası olan durbin öz ixtiraçısının adını daşıyan "Qaliley durbinləri" adlanır və uzaq və yaxın linzalardan ibarətdi. Onun hərbi və dənizdə istifadəsinin faydalı ola biləcəyi düşünülüb. Dar görüş sahəsi və aşağı böyüdücüsü olan durbin bu gün yarışlarda və teatrlarda istifadə olunur. O, kiçik, asanlıqla daşına bilən vasitədir. Görünüşün gözün görmə sahəsinə daxil olması və düzəldilməsi üçün göz qapağı ilə obyektiv arasındakı məsafə tənzimlənməlidir.

Durbinin 2 növü var: Göy və Yer durbinləri.

Səma durbinləri


İki yaxınlaşan linzanın düzülüşü ilə yaradılmış bir durbin növüdür və ulduzları araşdırmaq üçün istifadə edilə bilər. Bu, yüksək fokus uzunluğuna malik olan və yaxşı təsvirlər verən birləşən linzadır. O, sonsuz uzaqlıqda hesab edilən ulduzun fokus müstəvisində həqiqi, kiçik və tərs təsvirini ötürür. Obyektivdən gələn təsviri kiçik, tərsinə çevrilmiş və real görüntü kimi araşdırmamızı təmin edən hissə isə göz qapağı deyilən linzadır. Okuyardan görünən görüntü aydın, böyük və tərs olur.

Yer durbinləri


Səma durbinləri tərs görünüş xüsusiyyətinə görə yerdə tədqiq edilə bilmədiyi üçün bu yer durbinlərinə əlavə olunan xətti tac dediyimiz birləşən linza ilə həll edilib. Yerüstü durbin düz bir görüntü verir. Yerli durbinlərin dezavantajı isə uzunluğuna görə istifadə sahəsinin məhdud olmasıdır. Bunun əvəzinə Qaliley durbinlərindən istifadə olunur.

Mənbə: Nasilicat.com 

Tərcümə: Aydan Qasımova

Paylaş
Şərh əlavə et