Dini rəqs din adına icra edilən və ya dinin aspektlərini təmsil edən rəqsdir. Mərasim rəqsləri çox vaxt dini rəqslərin bir forması hesab olunur.
XX əsrə qədər rəqslər geniş şəkildə ifa olunurdu və xristian xidmətlərinə daxil edilmirdi, lakin sonralar bu dəyişdi. Çox müxtəlif tipli insanlar və mədəniyyətlər özlərini musiqi və ya rəqs vasitəsilə ifadə etməuə başladılar. Bir çox dinlər müəyyən inancları təmsil etmək üçün rəqslərdən istifadə edirlər. Simvolizm dində böyük rol oynayır və bir sıra dinlər bu simvolizmi müxtəlif rəqs proqramları və təqdimatlar vasitəsilə əks etdirməyi seçiblər. Dünyada demək olar ki, bir çox dinlər hansısa simvolik rəqslə məşğul olur.
Mənbə: 411 answers
Tərcümə etdi: Zəhra Niftiyeva
