
Mikrosefaliya baş ətrafının yaş və cins üçün orta göstəricidən iki qat kiçik olduğu neyroinkişaf pozğunluğudur.
Mikrosefaliya anadangəlmə ola bilər və ya həyatın ilk bir neçə ilində inkişaf edə bilər.
Mikrosefaliyanın səbəblərini iki əsas yerə bölmək olar:
İlk olaraq, mikrosefaliya hamiləliyin ilk yeddi ayında anormal inkişaf nəticəsində baş verə bilər. Digər halda isə mikrosefaliya hamiləliyin son iki ayında zədələnmə nəticəsində baş verə bilər.
Birinci ehtimal daha çox genetik və ətraf mühit faktorları nəticəsində baş verir. Bunlara misal olaraq xromosom pozğunluqları və metabolik səbəblər, həmçinin anadangəlmə infeksiyalar və hamiləlik zamanı ionlaşdırıcı şüalara məruz qalma daxildir ki, bunlar da mikrosefaliyada mühüm amillərdir.
İkinci ehtimal isə daha çox infeksiyalar (meningit və ensefalit) və qida çatışmazlığı kimi ekoloji səbəblər nəticəsində baş verir.
Ümumilikdə mikrosefaliyalı insanların ömür uzunluğu və normal beyin funksiyaları azala bilər. Beyin funksiyalarının azalmasının şiddəti müşayiət olunan anomaliyaların mövcudluğundan asılı olaraq dəyişir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Tahirə Bağırzadə
