Siqaret çəkmək ən ölümcül sosial zəhərlənmə hadisəsidir. Sağlamlığa zərərli təsiri çox yüksəkdir.
Siqareti tərgitmək həyat keyfiyyətinizi yaxşılaşdırmaq və ömrünüzü uzatmaq üçün verə biləcəyiniz ən vacib qərardır.
Ümumdünya Səhiyyə Təşkilatı siqareti xəstəliyin qarşısının alınması üçün ən vacib səbəb kimi təyin edir. Dünyada hər il təxminən 4,9 milyon insan siqaret
səbəbindən ölür. Siqaret epidemiyası belə davam edərsə, 2020-ci ildə bu rəqəmin 10 milyona çatacağı gözlənilir.
Siqaret çəkmək pis xolesterinin artması, hipertoniya, ürək xəstəlikləri və koronar arteriya xəstəlikləri üçün əsas risk faktorudur və infarkt riskini 2,5 dəfə artırır. İmmunitet sisteminin zəifləməsi, vaxtından əvvəl qocalma, hər növ xərçəngə, virus və bakterial infeksiyalara qarşı həssaslıq yaranır. Kişilərdə xərçəngdən ölüm hallarının 35%-nin, qadınlarda isə 15%-nin səbəbi siqaretdir. Siqaret qadınların ömrünü 14,5 il, kişilər üçün isə 13,2 il qısaldır.
Siqaret asılılığı beynin hüceyrə quruluşunda və funksiyalarında daimi dəyişikliklərlə nəticələnən və özünü impulsiv, qarşısıalınmaz, təkrarlanan siqaret davranışı kimi göstərən xroniki beyin xəstəliyidir. Bütün digər xroniki xəstəliklər kimi bu da tibbi müalicə tələb edir və müalicə olunmazsa ömür boyu davam edə bilər.
Demək olar ki, bütün siqaret çəkənlər bu problemdən xilas olmaq istəyirlər və onların hamısı siqaretin onların sağlamlıqları üçün nə qədər böyük təhlükə yaratdığını, övladları və ya yaxınları üçün necə pis nümunə olduğunu, siqaret çəkməyənləri nə qədər narahat etdiyini və nə qədər maddi itkisinə səbəb olur.
Siqaretdən qurtulmaq həqiqətən asan məsələ deyil.
Siqaret aludəliyi, siqaret çəkənlərin asılı olduqlarını düşünməsələr də, elmi olaraq bir asılılıqdır. Çünki beyində siqaret tüstüsünün olmaması orqanizmdə müxtəlif reaksiyalara səbəb olur:
• Yuxu pozğunluğu
• Konsentrasiya pozğunluğu
• Başgicəllənmə
• Qəbizlik
• Quru ağız
• Döş qəfəsində təzyiq hissi
• Depressiya (Depressiv əhval-ruhiyyə və heç bir şeydən həzz ala bilməmək)
• Maraq və istəyin azalması, yorğunluq, enerjinin azalması, tükənmə
• Diqqəti cəmləməkdə çətinlik və qərarsızlıq
• Yuxu pozğunluğu
• İştahanın pozulması
• Hərəkətlərdə və danışmada lənglik və ya əsəbilik
• Asan hirsli, dözümsüzlük
Xəstəlik kimi simptomlara səbəb olur: Bu əlamətlər xəstənin gündəlik həyat rahatlığını pozmaqla yanaşı, ətrafdakılara da narahatlıq yaradır.
Ancaq həkim nəzarəti altında müalicə alan xəstələr addım-addım siqareti tərgitdikcə, bu mənfilikləri yaşamadıqları və bir daha siqaret çəkmədikləri üçün siqareti tərgitmələri çox asan olur.
Mənbə: Npistanbul
Tərcümə etdi: Nuray Mürsəlova
