Bu gün:

Soyuq su sağlam dərinin açardırmı?


Üzün soyuq su ilə yuyulmasının ölü dərini təmizlədiyini və sızanaqların azaldığını bilirdinizmi?

Mürəkkəb çoxmərhələli dəriyə qulluq rejiminə sadiq olmağınızdan və ya hər şeyi sadə saxlamaqdan asılı olmayaraq; üz yuma, yəqin ki, gündəlik işinizin bir hissəsidir. Bəs üzünüzü necə yumağınızınt əfərrüatlarını heç düşünmüsünüzmü? Üzü yumaq üçün soyuq su istidən yaxşıdır? Yoxsa temperatur həqiqətən o qədər də vacib deyil?

Üzünüzü yumaq üçün soyuq su və ya isti su istifadə etməlisiniz?

Dermatoloqlar deyirlər ki, üzünüzü yumaq üçün soyuq və ya ilıq su isti sudan daha yaxşı seçimdir. Həddindən artıq isti sudan uzaq durmağın başqa bir səbəbi istiliyin dərinin təbii nəmləndirici xüsusiyyətlərini soyması, dərinin zamanla quru və iltihablanmasıdır.

Üzünüzü soyuq su ilə yumağın faydaları:

• Soyuq suyun sızanaqla bağlı qıcıqlanmaya kömək edə biləcəyi deyilir.
• Məlumdur ki, soyuq su dəridə şişməyə yaxşı gəlir. Xüsusilə, səhər oyandıqdan sonra bir çox insanın qarşılaşdığı gözlərdəki şişkinliyi azaltmağa kömək edə bilər.
• Soyuq su dərini müvəqqəti olaraq daha parlaq edir.
• Soyuq su vazokonstriksiyaya səbəb ola bilər, yəni qan damarlarının daralması dəriyə müvəqqəti olaraq daha parlaq və daha az iltihablı bir görünüş verə bilər.

Soyuq sudan istifadənin mənfi cəhətləri:
 
Hər kəsin dərisi və həyat tərzi vərdişləri bir qədər fərqlidir, ona görə də bu qaydalar insandan insana dəyişir. Nəzərə alınmalı olan bir şey budur ki, soyuq su üzünüzü ilıq su ilə yumaq qədər təsirli şəkildə bakteriya və çirkləndiricilərdən təmizləməyə bilər. Məsamələriniz kir, bakteriya və yağı tuta bildiyi üçün soyuq suya cavab verməyə bilər.

Dərinizin zədələnməməsi üçün:

• İlıq su ilə yuyun
Dermatoloqlar üzünüzü yumaq üçün ilıq suyun ən yaxşısı olduğunu qəbul edirlər. Bununla belə, səhər ilk növbədə və ya üzünüzü isti su ilə yuduqdan sonra soyuq suya sıçramaq gözəl ola bilər.

• Çox isti sudan çəkinin
İsti suyun dəri sağlamlığı baxımından sizə böyük ehtimalla faydası olmayacaq. İsti su dərinizin təbii yağlarından təmizlənir və qan damarlarının genişlənməsinə səbəb olur, bu da dərinizi incələşdirir.

• Gündə iki dəfə üzünüzü yuyun


Ardıcıl olun və xüsusilə günün sonunda kir, makiyaj və bakteriyaları təmizləmək üçün gündə iki dəfə yumağa çalışın.
• Bəyəndiyiniz yumşaq təmizləyicidən istifadə edin. Üzünüzü yuyarkən suyun istiliyi yeganə vacib amil deyil. Zərif, aşındırıcı olmayan təmizləyici möhkəm dəriyə qulluq təcrübəsinin əsas təməlini formalaşdırmağa kömək edir və xüsusi ehtiyaclarınıza uyğunlaşdırıla bilər.
         Mənbə:elle
         Tərcümə etdi:Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et