Şəkərli qidaları hər gün son dəfə yeyirmiş
kimi istifadə edirsiz? Şəkər qəbul etmədiyiniz zaman bədbəxt olursunuz? Diqqət edin! Səbəbləri bunlardır:
Bu o deməkdir ki, bədəninizdə qələvi minerallar azalıb, turşuluq artıb maqnezium və kalium çatışmır
Ehtiyacınız olan tünd yaşıl yarpaqlı tərəvəzlər- brokoli, xam kakao, çiy qoz-fındıq, fıstıq toxumlu qidalar, avokado kimi məhsullardır.
Bundan əlavə, meyvə və tərəvəzlərin təsirini görmək üçün qan analizinizi yoxlamalı və həkiminizin məsləhətlərindən faydalanmalısınız.
Qeyd: Elmi araşdırmalara görə, 1948-ci ildə yetişdirilən ispanaqla eyni miqdarda vitamin almaq üçün 2010-cu ildə yetişdirilən ispanaqdan düz 60 porsiya yemək lazımdır. Bu səbəblə qan analizlərinizə laqeyd yanaşmalısınız.
Ədviyyatlardan istifadədə diqqətli olmaq lazımdır. Zəncəfil və darçın yalnız yeməklərinizə dad vermir, həm də qan şəkərinizi tənzimləməyə kömək edir. Yağdan istifadədə də diqqətli olmaq lazımdır. Xüsusilə qoz-fındıq, toxum, avokado və saf zeytun yağı sizə toxluq verir və qan şəkərinizi tənzimləyir. Bəzi qidalar aclığınızı artırır.
Xromlu qidalar yemək qan şəkərinizi tənzimləməyə kömək edəcək. yüksək xrom təchizatlı tərəvəzlər; brokoli, soğan, yaşıl lobya, pomidor, kahı, şirin kartofdur.
Sink dəyəri çox olan qidaları yemək şəkərinizin səviyyəsini azaldacaq. Yüksək sink təchizatlı qidalara misal: ispanaq, noxud, balqabaq tumu ola bilər.
Şəkərinizi artıran ən vacib amillərdən biri də yuxudur. Gecələr tam yata bilmədiyiniz zaman yemək yemək istəyiniz artır.
Mənbə: Ləzzət
Tərcümə etdi: Nuran Əhmədzadə
