Bu gün:

Daim şəkər istəməyinizin 3 mümkün səbəbi


Şəkər qəbulunun qarşısını almaq bəşəriyyətin qədim zamanlardan bəri sınaqdan keçirdiyi ən çətin məsələlərdən biri olub. Hamımız bilirik ki, ağ şəkərin həddindən artıq qəbulu zamanla qanda şəkər balansının pozulmasına, depressiyaya, çəki və iştaha problemlərinə, dəri problemlərinə və bir çox başqa xəstəliklərə səbəb olur.

Buna baxmayaraq, ətrafımıza və özümüzə baxdıqda, bəzən səbəbsiz yerə şəkərə can atdığımızı və ehtiyac duyduğumuzu anlaya bilərik. Bəs biz daim şəkərli şeylər istəsək necə olar? Əgər iştahımızı idarə etməkdə çətinlik çəkiriksə və bir günü desertsiz keçirə bilmiriksə, bunun səbəbi nə ola bilər?  Dietoloq Damla Beyazgül daimi şəkər istəyinizin altında yatan 3 əsas səbəbi açıqlayır:

Səbəb 1

Yoxlamalı olduğunuz ilk şey qan dəyərlərinizdir. İnsulin, HbA1C və qlükoza kimi qan şəkərinin miqdarı mütəxəssislər tərəfindən şərh edilməli və problem varsa, düzgün üsullarla müdaxilə edilməlidir. Çünki qan parametrlərində yaşadığınız balanssızlıqlar sizə karbohidratlar, xüsusilə də şəkər həvəsi kimi qayıdır.

Yediyimiz zaman qan şəkərimiz yüksəlir və insulin dərhal şəkəri daha məqbul hədlərə salmaq üçün işə başlayır. Ancaq insulin düzgün işləmirsə və şəkərinizi çox aşağı salırsa, bədən eyni ehtiyacı ödəmək üçün yenidən şəkər yemək istəyir. Bir çox insanlarda olduğu kimi, bu münasibət pis bir nəticəyə səbəb olmazdan əvvəl qan yoxlanışını nəzarət altına almalısınız.

Səbəb 2

İkincisi, mənim təklifim odur ki, yuxu saatlarınızı nizamlayın, qaranlıq, sakit, havalandırılan və geniş otaqda yatın. Araşdırmalar göstərib ki, yuxu problemi olan insanlar şəkərli qidalara daha çox can atırlar. Kifayət qədər yuxu almadığınız zaman yorğunluğunuzla mübarizə aparmağa çalışarkən enerjinizi şəkərdən alaraq bu dövrəyə tab gətirirsiniz. Şəkəri azaltmaq istəyiriksə, yaxşı yuxu keyfiyyəti vacibdir.

Tənzimləməli olduğunuz başqa bir amil stressdir. Əksər xəstəliklərin mənşəyinə nəzər saldıqda onların stressdən qaynaqlandığını görə bilərik. Xəstəliyə səbəb olan stressin ən böyük silahı şəkər yemək istəyinə səbəb ola bilməsidir. Stress zamanı bədəninizdə kortizol hormonu ifraz olunur, qaraciyərdən qlükoza ifraz olunur və qan şəkəriniz yüksəlir. Ən böyük təsiri hormonlarınıza təsir edir və qan şəkərinin dəyişməsinə səbəb olur. Təəssüf ki, bu dalğalanmalar sizi şəkərli qidalardan istifadə etməyə meyilli edir.

Səbəb 3

Stress, yuxu və qan yoxlanışına baxdıq. İndi gəlin obyektivimizi bədəninizin bütün sistemləri ilə qarşılıqlı əlaqədə olan bir növ yeni orqan olan mikrobiotamıza çevirək. Mikrobiota bədənimizdə bizimlə birlikdə yaşayan bakteriya, göbələk və viruslar kimi kiçik canlıları təmsil edir. Bu canlılar arasında başda bakteriyalar olmaqla, bağırsaqlarımızda tarazlıq vəziyyətində xoşbəxt yaşayırlar. Ancaq lazımsız dərman istifadəsi, stress və ya yanlış qidalanma kimi səbəblərə görə bu tarazlığı poza bilərik. Bunu bir misalla izah etsək, xəmir, peçenye, ağ şəkər və onların törəmələri kimi sadə karbohidratlar yemək vərdişi yüksək olan fərdlər zamanla bu qidalarla qidalanan və bağırsaqlarında böyüyən bir qrup zərərli bakteriyanı gücləndirirlər. Bu daha güclü qrup bir nöqtədən sonra nəzarəti ələ alır və qərar artıq sizdən asılı deyil. İndi bu bakteriya qrupu nə vaxt istəsə, sənin əlin o konfetə gedəcək. Onu da qeyd edim ki, bu bakteriyalar doyumsuzdur. Bu səbəbdən, hamımızın bildiyi kimi, sağlam qida seçimləri arasında aparıcı rol oynayan tərəvəzlərdə, kompleks taxıllarda və qoz-fındıqda olan liflərin qəbulu faydalı bakteriyaları qidalandıracaq və bu dövrü tərsinə çevirəcək.

Şəkər qəbulu üçün bu 3 maddəni nəzərdən keçirməli və problemin kökünə getməlisiniz. Nəzarət edilə bilən stressinizə, nizamlı və keyfiyyətli yuxu dövrünə sağlam mikrobiota əlavə etdiyiniz zaman güc sizin əlinizdə olacaq. Unutmayın ki, güclü insan öz seçimlərinizlə formalaşır.

Mənbə: Big joy 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et