Gənc qadınlar döşün bədənlərinin gizli və sirli bir hissəsi olduğuna inanırlar. Görülmək, toxunulmaq və haqqında danışmaq ayıb sayılır. Yetkinlik yaşına çatdıqda fərqli bir hiss yaranır və döş qadınlıq simvoluna çevrilir. Körpə üçün qidalanma, əks cins üçün isə seksuallıq funksiyasını qazanır. Daşıdığı sirlər və simvollarla yanaşı, döşün başqa bir xüsusiyyəti qadın sağlamlığı ilə əlaqəsidir. Döş və sağlamlıq arasındakı bu əlaqə kifayət qədər vurğulanmadığından qadınlar hər hansı bir döş xəstəliyi qarşısında çox təəccüblənir və qorxurlar.

İnkişaf etmiş ölkələrdə qadınların həkimə müraciət etmələrinin əsas səbəblərindən biri süd vəzisi ilə bağlı şikayətlərdir. Demək olar ki, hər bir qadın həyatı boyu döşündən şikayətlənir. Bu şikayətlər ən çox döşdə sərtlik hiss etmək və ya ağrı hiss etmək şəklində baş verir. Döşdə müşahidə olunan sərtlik, kütlə və dəyişikliklərin əksəriyyəti xərçəng deyil. Ancaq yenə də bir mütəxəssis həkim tərəfindən qiymətləndirilməlidir.
Döş sağlamlığı deyildikdə ilk ağla süd vəzi xərçəngi gəlir, ancaq xərçəng olmayan bir çox döş xəstəlikləri də var. Məmə inkişafının ləngiməsi, infeksiya kimi. Bununla belə, döş xərçəngi həmişə döşün aparıcı sağlamlıq problemidir, çünki döş xərçəngi həm də qadının qadın kimliyini təhdid edir. Döş sağlamlığı ilə bağlı digər mühüm problem də süd vəzi xəstəlikləri üzrə ixtisaslaşmış sağlamlıq mərkəzlərinin olmamasıdır.
Döş qadınların əsas reproduktiv orqanlarından biridir. Bu orqanın inkişafı qadın həyatının müxtəlif mərhələlərində müxtəlif məqamlardan keçir. Döşün inkişafı ana bətnində başlayır. Yeniyetməlik dövründə görülən dəyişiklik hamiləliklə də davam edir. Menstruasiya və menopoz zamanı müxtəlif dəyişikliklər baş verir.
Döş inkişafı nə vaxt başlayır?

Döş inkişafının ilk mərhələsi ana bətnində 6-cı həftədən başlayır. Hamiləliyin sonunda məmə və onunla əlaqəli süd kanalları əmələ gəlir. Yetkinlik dövrü ilə birlikdə döşdə ikinci dəyişiklik mərhələsi başlayır. Yumurtalıqlardan estrogen hormonu ifraz olunmağa başladığı üçün döş nahiyəsində yağ və dəstək toxuması artır və döş böyüməyə başlayır. Bu arada süd kanalları da bu böyümədə iştirak edir. Bu dəyişikliklər adətən döşdə olur. Qasıq və qoltuq nahiyələrində tüklərin böyüməsi ilə başlayır. Qadının menstruasiya başlaması ilə döş toxuması inkişaf edir və süd kanallarının sonunda süd vəziləri əmələ gəlir. Yetkinlik dövründən başlayaraq döşün inkişafı hər bir qadın üçün fərqli şəkildə davam edir. Döş toxuması hər aybaşı ilə bir az daha inkişaf edir və bu inkişaf 30 yaşa qədər davam edir. Döş inkişafı zamanı meydana gələn bəzi problemlərə görə döş inkişafı olmamış, natamam, asimmetrik və ya həddindən artıq ola bilər.
Döş dərisinin qalınlaşması, şişməsi və rənginin dəyişməsi
Bəzən xərçəng döşdə kütlə olmadan, birbaşa döş dərisində bəzi dəyişikliklərlə başlaya bilər. Döş dərisinin nahiyəsində qızartı, qalınlaşma və portağal qabığı kimi arabir qabıqlar xərçəngin ilk əlaməti ola bilər. Döş dərisində belə dəyişikliklər müşahidə etsəniz, həkiminizlə məsləhətləşməyinizi tövsiyə edirik.
Məmə ucunda qalınlaşma, qızartı və ya ağrılar

Məmə ucundakı dəyişikliklər də xərçəng baxımından əhəmiyyətli ola bilər. Xüsusilə məmə ətrafında qızartı və yara kimi dəyişikliklər döşdə kütlə olmasa belə xərçəng əlaməti ola bilər.
Döş və ya məmə ucunun içəriyə doğru büzülməsi
Bəzi qadınlarda uşaqlıqdan hər iki məmə tərs çevrilə bilər. Bu heç bir xəstəlik demək deyil. Belə hallarda körpəni ana südü ilə qidalandırmaq çox vaxt mümkün olmur. Belə struktur qüsurları kosmetik məqsədlər üçün, yəni yalnız görünüş üçün əməliyyatla düzəldilə bilər. Xərçəng baxımından əhəmiyyətli olan, son zamanlarda bir döşün başının geri çəkilməsidir. Belə bir vəziyyətdə mütləq həkiminizlə məsləhətləşməlisiniz.
Döş uclarının yerlərində dəyişiklik
Döş uclarının vəziyyətində də dəyişikliklər ola bilər. Məmə bir tərəfə çəkilə bilər. Bu həm də xərçəng əlaməti ola bilər.
Döşün formasının dəyişməsi
Adətən hər iki döş simmetrik deyil və bir döş digərindən böyük ola bilər. Bu normal bir quruluşdur. Bəzən döşlərin ümumi dairəvi və ya formasında dəyişiklik ola bilər. Xərçəng üçün vacib olan, sonradan yaranan simmetriya dəyişikliyidir.
Mənbə: Meva meme vakfı
Tərcümə etdi: Nuran Əhmədzadə
