
Qəmzə bir çox insanlar tərəfindən gözəl və sevimli üzün simvolu hesab olunur. Buna yanaqlarda və çənədə rast gəlmək olar.
Xüsusilə gülümsədiyimiz zaman yanaqlardakı çuxurlar görünsə də, çənədəki çuxurların görünməsi üz hərəkətlərindən asılı deyil. Çənə və yanaqlarda qəmzə əmələ gəlməsinin səbəbləri müxtəlifdir.
Üzdəki əzələlər mimikaların meydana gəlməsini təmin edir. Zigomaticus major əzələsi gülümsəmə zamanı ağzın künclərini yana və yuxarıya çəkməkdən məsuldur. Yanaqlarda qəmzələrin yaranmasının səbəbinin bu əzələ ilə əlaqəli olduğu düşünülür.
Bəzi tədqiqatlar göstərir ki, qəmzəli insanlarda əsas ziqomatik əzələ ikili quruluşa malikdir. Belə bir əzələ quruluşuna sahib olan insanlarda zigomaticus major əzələsi tək bir quruluş olaraq bağlandığı yanaq sümüyündən çıxır. Sonra ikiyə bölünür və ağzın küncünə bağlanır. Tədqiqatlar göstərir ki, qəmzəli insanlarda ikitərəfli əsas ziqomatik əzələnin aşağı dəstəsi yanaq dərisinin dermis təbəqəsi ilə birləşir.
Qəmzəsi olan insanların uşaqlarında da olma ehtimalı var. Buna görə də qəmzənin genetik bir xüsusiyyət olduğu düşünülür. Ancaq bu xüsusiyyətin ortaya çıxmasının tək bir gen tərəfindən idarə edilib-edilmədiyi tam olaraq bilinmir.
Mənbə: BilimGenç
Tərcümə etdi: Nəzri Süleymanova
