Bu gün:

Qızılca xəstəliyi nədir?


Qızılca A qrupu streptokok adlı bəzi bakteriyaların yaratdığı, boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərə səbəb olan xəstəlikdir. Qızılca bədənin əksər hissəsini əhatə edən parlaq qırmızı səpgi şəklində özünü göstərir. Bu xəstəliyin demək olar ki, hər birində boğaz ağrısı və yüksək hərarət əlamətləri də müşahidə olunur.

Qızılca ən çox 5-15 yaş arası uşaqlarda rast gəlinir. Əvvəllər bu xəstəlik uşaqlarda ciddi və ağır xəstəlik hesab edilsə də, müasir antibiotik müalicəsi sayəsində indi daha az təhlükəli xəstəlikdir. Ancaq qızılca düzgün və müntəzəm müalicə edilmədikdə daha ciddi vəziyyətlərə səbəb ola bilər.

Qızılca, normal olaraq boğaz ağrısına səbəb olan və yoluxucu olan eyni növ bakteriyalardan qaynaqlanır. Bu zamanı boğazı qıcıqlandıran bakteriyalar dəridə və dildə qızartıya səbəb olan bir növ toksin ifraz edir.

Qızılcada  infeksiya, yoluxmuş şəxs öskürən və ya asqıran zaman xaric edilən damcılar vasitəsilə daşınan bakteriyalar vasitəsilə insandan insana keçir. Onun üçün inkubasiya dövrü, xəstəliyə səbəb olan bakteriyalara ilkin məruz qalma ilə simptomların görünüşü arasındakı vaxt adətən iki ilə dörd gündür.

Tibbi araşdırmalar 5-15 yaş arası uşaqların qızılcaya tutulma ehtimalının digər yaş qruplarında olan fərdlərə nisbətən daha çox olduğunu müəyyən etdi. Bu xəstəliyin mikrobları tez-tez yaxın təmasda olan insanlar, məsələn, ailə üzvləri və ya sinif yoldaşları arasında daha asan yayılır.

Qızılca antibiotiklərin düzgün istifadəsi ilə müalicə edilməlidir. Müalicə olunmayan qızılca bakteriyası boğazdan bədənin digər hissələrinə yayıla bilər. Bədəndə qızılcaya səbəb olan bakteriyaların yayıla və yoluxa biləcəyi digər bölgələrə ağciyərlər, badamcıqlar, böyrəklər, dəri, qan dövranı sistemi və orta qulaq daxildir.

Bəzi hallarda qızılca, daha nadir hallarda, revmatik qızdırmaya səbəb ola bilər. Revmatik qızdırma ciddi bir xəstəlikdir və dəri, oynaqlar, ürək və sinir sistemini təsir edə bilər.

Bu xəstəliyin qarşısını almaq üçün hələ də məlum peyvənd yoxdur. Buna görə də, qızılcanın qarşısının alınması strategiyaları və üsulları ümumiyyətlə infeksiyalara qarşı alınan standart tədbirlərlə eynidir.

İlk növbədə əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirilməlidir. Xüsusilə uşaqlara əllərini ilıq sabunlu su ilə necə yumaq lazım olduğu göstərilməli və bu gigiyena vərdişi qazanılmalıdır.

Yemək üçün qablar və yeməklər paylaşılmamalıdır. Bunu uşaqlara bir qayda olaraq öyrətmək və izah etmək lazımdır ki, uşaqlar öz stəkanlarını, yemək qablarını dostları ilə paylaşmamalıdırlar. Bu gigiyena qaydası yeməklərin paylaşılmasına da aiddir.

Mikrobların mümkün yayılmasının qarşısını almaq üçün insanlar öskürərkən və asqırarkən ağızlarını və burnunu örtməlidirlər. Eləcə də bu vərdiş uşaqlara öyrədilməlidir. Asqırma və öskürək zamanı istifadə edilən salfet istifadə edildikdən sonra ehtiyatla atılmalıdır.Əgər salfetdən istifadə etmək mümkün deyilsə, xəstəliyə səbəb ola biləcək mikrobların yayılmasını minimuma endirmək üçün dirsəyə öskürülməlidir.

Uşaq oyuncaqları, eləcə də qızılca xəstəsi olan şəxslərin gün ərzində istifadə etdiyi şüşələr, qablar və alətlər və əşyalar, mümkünsə, isti suda və ya qabyuyan maşında yuyulmalıdır.

Mənbə: acibadem tr

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et