
1) "Əslində çox duz qəbul etmirəm, çünki yeməklərimə duz qatmıram".
Gündəlik duzumuzun 75%-ni yemək üçün aldığımız məhsullardan alırıq. Hətta bəzi qidaların 1-2 porsiyonu ilə maksimum gündəlik məbləğə çata bilərik. 100 qramda natriumun miqdarı əksər hazır qidaların etiketlərində yazılıb. Ümumiyyətlə, işlənmiş ət məhsullarında, hazır şorba və konservlərdə çoxlu duz var.
2) "Duzsuz yeməyin dadı yoxdur".
Davamlı olaraq duzlu yemək yeyən və ya yeməklərinə duz əlavə edən insanların dillərində duz hiss edən orqanların duz həddi yüksəlir və onlar normal duzlu qidaları belə duzsuz qəbul edirlər. Bununla belə, dad qönçələri öyrədilə bilər: Başqa sözlə, az duz yeyirsinizsə, yemək bir neçə həftədən sonra sizə "normal duzlu" dad verəcək. Hətta “adi duzlu” yeməklər belə “çox duzlu” dad verir. Buna görə duzlu yemək vərdişləri dəyişdirilə bilər. Üstəlik, artıq duz yeməklərdə o qədər də üstünlük təşkil etməyən müxtəlif ləzzətləri də maskalayır. Daha az duzlu yeməklər yeyərək, bu fərqli ləzzətləri hiss edə və daha çox yeməkdən həzz ala bilərsiniz.
3) "Yaşlı insanlar duza xüsusilə diqqətli olmalıdırlar".
Həddindən artıq duz qəbulu hər yaşda olan insanlarda qan təzyiqini yüksəldə bilər. Hazırda 30-40 yaşlı insanlarda yüksək qan təzyiqinin (hipertoniya) yayılması kifayət qədər yüksəkdir.
4) "Bahalı duzlar daha sağlamdır".
Doğru: Duzun tərkibində natrium xlorid (NaCl) var və qan təzyiqini artıran natriumdur (Na). Duzun haradan çıxarılmasının (dəniz, yeraltı və s.) və ya necə hazırlanmasının (kristal, toz, qaba) fərqi yoxdur. Axı onların hamısında natrium xlorid var.
5) "İsti iqlimlərdə biz çox tərləyirik, ona görə də daha çox duz qəbul etməliyik".
Çox yüksək temperaturda belə, tərlə duz itkisi çox baş vermir. Ona görə də isti havalarda əlavə duz qəbul etməyə ehtiyac duymuruq. Amma isti havalarda daha çox su içməyimiz çox vacibdir.
6) "Yaşamağım üçün duz lazımdır. Duz qəbul etməsəm, bədənim duz itirəcək".
Yeməklərə heç bir xarici duz əlavə etməsəniz belə, tərkibindəki duzun miqdarı bədənimiz üçün kifayətdir.
7) "Qan təzyiqimin yüksək olub olmadığını başa düşə bilərəm".
Yüksək qan təzyiqi olan bir çox insanların heç bir şikayəti yoxdur. Buna görə də qan təzyiqi ölçülmədikcə yüksək olduğunu bilmək olmaz.
8) "Adi duzun yerinə istədiyim qədər pəhriz duzundan istifadə edə bilərəm".
Pəhriz duzları əsasən duz dadını verən kalium xloriddən (KCl) ibarətdir. Bəzilərində əlavə olaraq normal duz ola bilər. Kalium xlorid böyrək xəstələri üçün zərərli ola bilər. Buna görə də, pəhriz duzunu yalnız həkiminiz tövsiyə etdikdə istifadə etməlisiniz.
9) "Himalay duzu sağlamdır!"
Sağlam olduğu iddia edilən bu duzun tərkibində bildiyimiz kimi natrium xlorid də var.
Mənbə: brandlife
Tərcümə etdi: Sevil İsmayılova
