Bu gün:

Kannibalizm nə deməkdir?


Adamyeyənlik ilk dəfə Amerika qitəsini kəşf edən Kristofer Kolumb tərəfindən istifadə edilən termindir. Sözün lüğət mənası Kariblərə aiddir. Karib adasının yerli sakinlərinin insan əti ilə qidalandığını görən Kolumb cannibalizmi belə adlandırıb.

Məşhur inancın əksinə olaraq, kannibalizm və ya adamyeyənlik təkcə insan əti yemək demək deyil. Bu anlayış bütün canlılar üçün keçərlidir. 

Kannibalizm bir canlının öz növünün digər canlıları ilə qidalanmasıdır. Donuzlar, toyuqlar və bəzi dovşan növləri adamyeyən heyvanlar arasındadır. Ancaq bu bütün heyvanlara aid deyil. Kannibalizm yalnız müəyyən bir ərazidə və bəzi xüsusi hallarda baş verir.

Kannibalizmin səbəbi nədir?

Adamyeyənliyin yaranmasında ən mühüm amil ətraf mühitdir. Qida ehtiyatlarının olmaması adamyeyənliyə səbəb olur. Yaşamaq instinkti ilə hərəkət edən canlılar aclıqdan ölməmək üçün öz növlərinə hücum edə bilərlər. Bəzi ibtidai tayfalarda adamyeyənlik ritualdır. Qida ehtiyatları kifayət qədər olsa da, öz növləri ilə qidalanan bir çox tayfaların olduğu aşkar edilib. 

Kannibalizmi necə müalicə etmək olar?

Kannibalizm əksər canlılar üçün xəstəlik deyil, zərurətdir. Bu canlıların ətraf mühit şəraiti dəyişdirilərsə, adamyeyənlik avtomatik olaraq yox olacaq.

Mənbə: Milliyet

Tərcümə etdi: Gülay Qəribova

Paylaş
Şərh əlavə et