Bu gün:

Nipah virusu nədir?


Nipah virusu qripə bənzər simptomlarla başlaya və sonradan nevroloji simptomlarla inkişaf edə bilər. Baş ağrısı, qızdırma, öskürək və nəfəs darlığı kimi erkən simptomlar meydana gələ bilər. Sonrakı hallarda boyun sərtliyi, huşunu itirmə və iflic kimi daha ciddi simptomlar meydana gələ bilər. 


Nipah virusu Paramyxoviridae ailəsinə aid olan zərflənmiş virus növüdür. O, ümumiyyətlə, təbii olaraq meyvə yarasalarında olur və bu canlılarda infeksiyaya səbəb olmur. Ancaq bu virus insanlara və digər heyvanlara keçə bilər və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Nipah virusu necə ötürülür?

Nipah virusu insanlara təmas və ya çirklənmiş qida ilə ötürülə bilər. Xüsusilə, meyvə yarasalarının tüpürcəyi və ya nəcisi ilə təması virusun yayılmasında mühüm rol oynayır. Bundan əlavə, yoluxmuş heyvanlar qəbul edildikdə ötürülmə riski arta bilər. Buna görə şəxsi gigiyena və təhlükəsiz qida istehlakı vacibdir.

Nipah virusu nə vaxt yaranıb?

Nipah virusu ilk dəfə 1998-ci ildə Malayziyada insanlarda və donuzlarda yayılma ilə əlaqələndirilib. O vaxtdan bəri müxtəlif bölgələrdə sporadik epidemiyalar müşahidə olunur. Bununla belə, virusun insanlara çoxdan meyvə yarasaları kimi təbii daşıyıcılardan keçə biləcəyi düşünülür.

Nipah virusu nadir virus növüdür və adətən, məhdud epidemiyalarla məhdudlaşır. Bununla belə, əlverişli şəraitdə insanlar arasında və ya yoluxmuş heyvanlarla təmasda daha böyük epidemiyalar baş verə bilər. Səhiyyə orqanları sürətli aşkarlama və təcrid tədbirləri ilə virusun yayılmasını məhdudlaşdırmağa çalışır.

Hazırda nipah virusuna xas olan antiviral müalicə yoxdur. Xəstəliyin müalicəsi üçün dəstəkləyici tədbirlər istifadə olunur. Buraya simptomların aradan qaldırılması, maye balansının qorunması və yoluxmuş insanların təcrid edilməsi kimi tədbirlər daxildir. Tədqiqatçılar Nipah virusuna qarşı effektiv müalicə və ya peyvənd hazırlamaq üçün işlərini davam etdirirlər.

Mənbə: medicalpark

Tərcümə etdi: Gülay Qəribova

Paylaş
Şərh əlavə et