
İnsanların təbii və sağlam qidalanmasında mühüm rol oynayan bal arılarının ömrü orta hesabla 6-7 həftə arasında davam edir.
Bitkinin meyvə və toxum istehsalında çox əhəmiyyətli bir proses olan tozlandırmanı da təmin edən arılar o qədər çalışqandırlar ki, az qala bütün qısa ömürləri işləməklə keçir. Səhər süfrələrinin olmazsa olmazı olan bal da istehsal edən arılar koloniya halında yaşayırlar.
Hər bir koloniyada ailə quruluşu ön plandadır və ailə daxilində hər kəsin rolu və vəzifəsi var.
Ana arı: 5 ilə qədər yaşaya bilər.
İşçi arı: 6 aya qədər yaşaya bilər.
Bal arısı: 3 aya qədər yaşaya bilər.
Arıların ömrü fəsildən və aylardan asılı olaraq dəyişə bilər. Yaz və yay aylarında 45 gün yaşadığı halda, qışlayan arı orta hesabla 6 aydan çox yaşaya bilir. Beləliklə, arılar nə qədər uzun işləsələr, bir o qədər tez ölürlər.
Mənbə: sezararicilik
Tərcümə etdi: Aydan İbrahimli
