Bu gün:

Çayı necə kofeinsizləşdirmək olar?


Çay yarpaqları təbii olaraq kofeinlidir, ancaq evdə çayı kofeinsizləşdirmək üçün istifadə edə biləcəyiniz sadə bir üsul var. Amma unutmayın ki, bu “dəmləmə” üsulu əslində çayın tərkibindəki kofeini sulandırır. Çaydakı kofeini tamamilə yox etmir. Çayı kofeinsizləşdirmə üsulları belədir: 


Addım 1: Çayı suda dəmləyin

Bir dəmləmə qabı alın. Bu məqsədlə bir çaydan istifadə edə bilərsiniz. Çay yarpaqlarını qaba qoyun. Çayı az miqdarda su ilə doldurun. Çayı çox su ilə örtməyin. Yarpaqları örtdüsə, kifayətdir. Çay dəmləmək üçün suyu qızdırın. Çayı isti suda 30 saniyədən bir dəqiqəyə qədər dəmləyin. İsti su çay yarpaqlarından kofeinin bir hissəsini çıxarmalıdır. Çayın növündən asılı olaraq temperaturu dəyişin. Tövsiyələr fərqlidir, çünki müxtəlif çay növləri fərqli kofein səviyyələrinə malikdir.

Addım 2: Dəmləmə prosesini tamamlayın


Dəmlənmiş çaydan suyu süzün. Eyni çay yarpaqlarına təzə su əlavə edin. İndi içmək üçün çayı yenidən dəmləyin. Bunun əvəzinə çay paketini bir stəkan qaynar suya qoyun. Bu proses çaydan istifadə etməyə bənzəyir, lakin tək çay paketi ilə də edilə bilər.

Addım 3: Təbii çay seçin


Bitki çayı seçin. Tərkibində kofein olmayan çay içdiyinizə əmin olmaq istəyirsinizsə, təbii davranıb mürəkkəb prosesi unuda bilərsiniz. Kofeinsiz çay alın. Siz əlbəttə ki, mağazada kofeinsiz çay ala bilərsiniz, lakin o, adətən, kimyəvi prosesdən keçir. Yaşıl çay seçin. Kofein qəbulunu azaltmaq istəyirsinizsə, lakin yenə də sevimli çayınızdan həzz almaq istəyirsinizsə, onun rənginə diqqət yetirin.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et