Bu gün:

Qatılaşdırılmış süd hazırlayarkən nələrə diqqət etməliyik?


Argentina mənşəli bir desert olan süd mürəbbəsi dulce de leche kimi də tanınır. Adı ispan mənşəli olan bu desert süd, şəkər və soda birləşməsindən ibarətdir. Xüsusilə, son illərdə məşhurlaşan qatılaşdırılmış süd səhər yeməyi süfrələrinə rəng qatır. Görünüşü və konsistensiyası ilə karamelə bənzəyən bu ləzzət məsləhətlərə əməl olunarsa, dadlı reseptə çevrilir. Evdə qatılaşdırılmış süd hazırlayarkən bilməli olduğunuz tövsiyələr bunlardır:


1. Süd seçimində diqqətli olun 


Qatılaşdırılmış südün əsas tərkib hissəsi, təbii ki, süddür. Ona görə də süd seçərkən çox diqqətli olmaq lazımdır. Süd nə qədər yağlı və təzə olsa, reseptin tutarlılığı bir o qədər yaxşı olar. Təzə gündəlik süd bu şirninin hazırlanması üçün idealdır. İstəyirsinizsə, keçi südü və ya camış südü kimi daha çox yağ tərkibli süddən istifadə edə bilərsiniz. Əvvəlcə, dərin bir qazana istədiyiniz südü tökün. Mürəbbə üçün yapışmayan, odadavamlı və dərin qazandan istifadə edin. Çünki hazırlanma mərhələsində süd qaynayıb, qabaracaq. 

2. Tutarlılığı müəyyənləşdirin

Az odda bişmiş südə şəkər əlavə edin. 1 litr süd üçün 1 stəkan şəkərdən istifadə etmək adətən kifayətdir. Lakin daha qatı olmasını istəyirsinizsə, şəkərin miqdarını artırmaq lazımdır. 

3. Qarışdırmağı unutmayın


Qatılaşdırılmış süd üçün ən vacib ipucu onu daim qarışdıraraq aşağı odda bişirməkdir. Pişirmə prosesi ən azı 1 saat çəkir. Çünki südün içindəki suyun buxarlanmalıdır. Süd qaynadıqca, əvvəlcə, sarı, sonra qəhvəyi olur və qatılaşmağa başlayır. Əgər reseptdə 1 litrdən çox süd istifadə etmisinizsə, bu dəfə bir az daha uzun çəkə bilər. Bu müddətdə süd və şəkərin vaxtaşırı qarışdırılması çox vacibdir.

4. Çay sodası və ya qabartma tozu 

Çay sodası, ümumiyyətlə, qatılaşdırılmış südün hazırlanmasında istifadə olunur. Ancaq evdə soda yoxdursa, qabartma tozundan da istifadə edə bilərsiniz. Bu iki inqrediyent süd və şəkərin kondensasiyasını asanlaşdırır və karamelləşməsini təmin edir. Çay sodası və ya qabartma tozu əlavə etdikdə birdən süd köpürməyə başlayır. Bu mərhələdə südü çırpıcı vasitəsi ilə sürətlə qarışdırın. Qazanı ən aşağı odun üzərinə qoyduqdan sonra arabir qarışdırmağa davam edin. Bu yolla dibinin yanmasının qarşısını ala bilərsiniz. İstədiyiniz konsistensiyaya və rəngə çatmamış qazanı ocaqdan götürün. 

5. Qablara doldurun 


Qatılaşdırılmış süd qaldıqca konsistensiyası qatılaşır və rəngi tündləşir. Ona görə də qazanı istədiyiniz rəngə çatmamış ocaqdan götürmək vacibdir. Ocaqdan götürdükdən sonra bir neçə dəqiqə daha qarışdırın. İlk temperatur çıxdıqdan sonra hazırladığınız qatılaşdırılmış südü sterilizasiya olunmuş bankalara doldurun. Qapağı açıq halda soyumağa qoyun. Soyuduqca qatılaşdığını görəcəksiniz. Soyuduqdan sonra bankaların qapaqlarını bağlayın və sərin, quru yerdə saxlayın.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et