İnsanlar göz rəngini dəri və saç rəngini də müəyyən edən qoruyucu piqment olan melanindən alırlar. Melaninin işığı yaxşı mənimsəməsi gözümüzə nə qədər işığın daxil olduğunu təyin edən irisin funksiyasında xüsusi əhəmiyyət kəsb edir. İşıq linzalardan keçdikdə, görünən işıq spektrinin böyük hissəsi retinaya keçir, burada onlar elektrik siqnallarına çevrilir və beyin tərəfindən görüntülərə çevrilir. İrisin udmadığı kiçik bir hissə geriyə əks olunur və göz rəngi şəklində gördüklərimiz meydana gəlir. İndi bu rəng insanın doğulduğu melaninin növü və miqdarından asılıdır. İki növ piqment var. Bunlar şokolad qəhvəyisi rəngini yaradan eumelanin və kəhrəba, yaşıl və fındıq rəngləri yaradan feomelanindir.Yeri gəlmişkən, mavi gözlərin çalarları onların nisbətən az miqdarda eumelanin ehtiva etməsindən qaynaqlanır.Bu piqmentin miqdarı az olduqda, o, irisin ön təbəqəsi ətrafında işığı səpərək daha qısa mavi dalğa uzunluqlarının yenidən görünməsinə səbəb olur. Buna bənzəməyən qəhvəyi və müəyyən qədər yaşıl və fındıq rəngləri “piqment rəngləri” adlanır. Göyün mavi olması qismən buna görədir(Rayley effekti kimi tanınan atmosfer işıq hiyləsi sayəsində).

Yaşıl gözlərin yaranması da maraqlıdır, çünki onlar iki növ piqmenti işığın səpilməsi ilə birləşdirir: Onların tərkibində mavi gözlərdən bir qədər çox eumelanin və bir qədər feomelanin var. Çox nadir olan qırmızı və bənövşəyi gözlər, demək olar ki, heç bir piqmentdən qaynaqlanmır. Əslində qırmızı gözlərdə melanin yoxdur. Deməli, gördüyümüz tək şey qan damarlarının əksidir.
Mənbə:popsci.com.tr
Tərcümə etdi:Rəhimə Cəmilova
