Bu gün:

Göz niyə sulanır?


Göz yaşı bədəndə göz sağlamlığı üçün çox vacib funksiyaları təmin edən bir ifrazat növüdür. Göz yaşı vəziləri tərəfindən ifraz olunan bu maye gözü infeksiyalardan qoruyur və quruluğun, gözdə yad cisimlərin qalmasının və göz təbəqələrinin zədələnməsinin qarşısını alır. İmmunitet sisteminin də bir hissəsi olan göz yaşı ifrazatı yuxarı göz qapaqlarının dərisi altında yerləşən bezlər tərəfindən istehsal olunur. Tərkibində su və duz olan göz yaşları hər dəfə göz qırpılanda buradan bütün gözə yayılır. Gözün digər vəziləri göz yaşlarının çox tez buxarlanmasının qarşısını alan və özünəməxsus sürüşkən quruluşu ilə gözü təmin edən yağlar istehsal edir. Gözyaşardıcı kanallar vasitəsilə boşaldılan göz yaşları buxarlanaraq yox olduqdan sonra gözyaşı istehsalı davam edir. Hər hansı bir səbəbdən gözyaşı istehsalı artarsa,gözlərdə sulanma meydana gəlir. Göz sulanması problemi adətən heç bir müalicə tələb etmir və qısa müddətdə öz həllini tapır. Ancaq bu vəziyyət zamanla yaxşılaşmazsa və xroniki hala gəlirsə, göz xəstəliyi yarana bilər və tibbi yardım axtarmaq lazımdır. Zəhmətli müalicə prosesləri tələb etməyən bu problemdə mütəxəssisdən dəstək alınarsa müalicə müvəffəqiyyəti kifayət qədər yüksək olur.


Göz yaşının səbəbləri nələrdir?

İnsan emosional hiss etdikdə, çox güldükdə, öskürdükdə, asqırdıqda, əsnədikdə gözlərin sulanması təbii və müvəqqətidir. Lakin bu kimi səbəblər olmadığı halda gözdən gələn yaş göz sulanması problemi deməkdir. Sulu gözlərin ən çox görülən səbəbi quru gözlərdir. Quru gözlərdə gözdə kifayət qədər su, duz və yağ olmadığından və ya tarazlıqda olmadığından daima göz yaşları əmələ gəlməlidir və bu da sulanmaya səbəb olur.

Mənbə:medicalpark.com.tr

Tərcümə etdi:Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et