Bu gün:

İnsanlar niyə qəzəblənir?



İnsanlar niyə qəzəblənir?

Gündəlik həyatınızda baş verən bir çox hadisələr qəzəblənməyinizə səbəb ola bilər. Bu, əhval-ruhiyyənin qəfil dəyişməsi kimi görünsə də, insan əsəbiləşəndə bioloji və emosional amillər də daxil olmaqla bir sıra proseslərin içindən keçir. 

Qəzəb xoşbəxtlik və kədər kimi əsas duyğularımızdan biridir. Bütün fiziki funksiyalarımız kimi emosional vəziyyətimizin sağlam olması vacibdir ki, həyatımızda rutinləri qoruya bilək. Əhval tarazlığı pozulduqda müxtəlif psixoloji problemlər yarana bilər və bundan fiziki sağlamlığınız da təsirlənə bilər. Tibbi baxımdan "qəzəb" hissi yaşayanda tarazlığın pozulma vəziyyəti "qəzəblə mübarizə halı" kimi görünür. Qəzəbi idarə etmə problemi, bir insanın qəzəbini düzgün idarə etmək və ya idarə etməkdə çətinlik çəkdiyi bir vəziyyətə aiddir. Bu problem qəzəbi ifadə etmə üsulu, qəzəbin intensivliyi və ya tantrumların tezliyi kimi müxtəlif yollarla özünü göstərə bilər.

Qəzəb idarə etmə probleminin əlamətləri hansılardır?

Ekspertlərin fikrincə: asanlıqla əsəbiləşən hər bir fərddə qəzəbi idarə etmə problemi olduğunu düşünmək doğru deyil. Qəzəbi idarə etmə probleminə diaqnoz qoymaq üçün fərddə müəyyən simptomlar olmalıdır.

Əgər insan kiçik bir stimula və ya tətikləyiciyə həddən artıq reaksiya verərək şiddətli qəzəb püskürürsə, partlayışlar fiziki və ya şifahi aqressiya ilə nəticələnə bilərsə, ümumiyyətlə özünü daim gərgin hiss edirsə və qəzəbindən sonra günahkarlıq və utanc hissi yaranırsa, onun qəzəbi idarə etmə problemi ola bilər.

Digər tərəfdən, qəzəbi idarə etmə problemləri işdə və sosial münasibətlərdə uzlaşmazlıq yarada bilər.


Mənbə: Aydınlık

Tərcümə etdi: Aminə Paşazadə




Paylaş
Şərh əlavə et