Bu gün:

Yaz alergiyası və dəri xəstəlikləri


Dərinin də bədən kimi dəyişən hava şəraitindən təsirləndiyinə işarə edən Dos.Dr.Yıldırım havaların isinməyə başladığı və günəşin özünü göstərdiyi yaz mövsümündə bəzi dermatoloji xəstəliklərin artdığını vurğuladı. Yaz mövsümü ilə birlikdə bəzi allergik xəstəliklərin artdığına diqqət çəkən Dos.Dr.Yıldırım: "Allergiya immun hüceyrələrimizin xarici mühitdəki maddələrə və stimullara qarşı həssaslığı və ya dözümsüzlüyüdür" - deyə bildirib .

Allergiyada genetik uyğunluq

Allergik reaksiyaların, ümumiyyətlə, allergiyaya genetik meyli olan insanlarda daha çox olduğunu xatırladan Dos.Dr.Yıldırım sözlərini belə davam etdirdi: “Allergiyaya meyillilik olaraq təyin olunan atopiya körpəlikdə belə dəri döküntüsü və qaşınma ilə özünü göstərir. Allergiya orqanizmdə müxtəlif mexanizmlərlə yarana bilər. Adətən, bundan dəri, tənəffüs yolları, qan dövranı və həzm sistemi təsirlənir. İmmunitet sisteminin allergenlərə qarşı reaksiyası nəticəsində ifraz olunan histamin səbəbiylə burun axması, asqırma, öskürək, baş ağrısı, burun tutulmasına əlavə olaraq dəri zədələri meydana gəlir. Cəmiyyətdə ümumi olaraq bilinəndən fərqli olaraq, allergik reaksiya dərhal baş verə bilməz. Allergenin gücündən və məruz qalma tezliyindən asılı olaraq, allergiya həm ilk təmasdan sonra, həm də təkrar təmaslardan sonra inkişaf edə bilər.

Bahar və allergik xəstəliklər

Yaz allergiyasının, adətən, yaz aylarında meydana gələn polenlərə qarşı inkişaf etdiyini ifadə edən Dos.Dr.Yıldırım bu məlumatı paylaşıb: “Xüsusilə, yaz aylarında çiçək tozlarının səpilməsi, ağacların çiçəklənməsi, otların və pətəklərin yaşıllaşması kimi bəzi allergik xəstəliklər də çox olur. Polen ən çox ağaclar, otlar və alaq otları tərəfindən ifraz olunur. Adətən, budama, kəsmə, təmizləmə və s. Proses zamanı qurumuş və düşmüş yarpaqlar və hissəciklər vasitəsilə havaya qarışır. Ekzemaya bənzər yaralar çiçəkçilərdə, bağbanlarda, evlərində bitki bəsləyənlərdə, parklarda və ya meşəlik ərazilərdə uzun müddət qalanlarda görülür. Adətən, əllər və üz kimi günəşə məruz qalan yerlərdə qaşınan kiçik qırmızı qabarcıqlarla görünür.

Qırmızı ləkələr

Qırmızı ləkələrin  yaz aylarında çox rast gəlinən bir dəri xəstəliyi olduğuna diqqət çəkən Dos.Dr.Yıldırım, “Üz və göz qapaqlarının şişməsi, boğazda qıcıqlanma , nəfəs darlığı, ürəkbulanma, qusma və ishal kimi şikayətlərə də səbəb ola bilər. Bədəndə qırmızı və yüksəlmiş səpgilərlə  xarakterizə olunur və allergenlərə cavab olaraq buraxılan histamin səbəbiylə inkişaf edir.

Egzema

Bahar allergiyası olan kəslərdə artan dəri xəstəliklərindən birinin ekzema deyilən atopik dermatit olduğunu ifadə edən Dos.Dr.Yıldırım deyib: “Egzema uşaqlıqda başlayan, bəzən yetkinliyə qədər davam edən qaşınma dəri xəstəliyidir. Atopik insanlarda zaman-zaman təkrarlanan və daha çox qıvrımları tutan egzema, adətən, qış aylarında artsa da, yaz aylarında da müşahidə oluna bilər.

Diaqnozun qoyulması

Günəşlə əlaqəli allergiyanın dərinin açıq qalan hissələrində, xüsusilə, əl, qol və üzdə qızartı, qaşınma və şişliklərə səbəb olduğunu ifadə edən Dos.Dr.Yıldırım bu xəstəliklərin diaqnozu ilə bağlı aşağıdakı məlumatları paylaşıb:

“Biz bu xəstəliklərin diaqnostikasında dəri prik testləri və yama testləri tətbiq edirik. Allergen maddələrin ön qola tətbiq edilməsi ilə edilən dəri prik testində verilən reaksiyaya görə cavab müsbət və ya mənfi olaraq qiymətləndirilir.

Kürəyə tətbiq olunan yama testində dəridə 48 saat qalan allergenlərə qarşı reaksiya müşahidə edilir. Bu testlərdə hədəf alerjeni tapmaq və həmin maddə ilə təmasdan qaçmaqdır”.

Müalicədə nələrə diqqət edilməlidir?

Xəstəliklərin müalicəsində xəstəliyin şiddətinə görə müalicə üsullarının tətbiq edildiyini izah edən Dos.Dr.Yıldırım, “Bu xəstəliklərdə kortizonlu kremlər, nəmləndiricilər, qaşınma əleyhinə kremlər və s. Yerli müalicə üsulları, eləcə də sistemli müalicələr istifadə edilə bilər. Sistemli müalicələrə qaşınmanı aradan qaldıran antihistaminiklər və ya müalicəyə cavab verməyən hallarda istifadə edilən sistemik steroidlər daxildir. Tibbi müalicənin gündəlik həyatda tətbiqlərlə dəstəklənməsinin əhəmiyyətini vurğulayan Dos.Dr.Yıldırım bu əməlləri belə sıraladı: “Evə çatan kimi duş qəbul edin, paltarınızı dəyişin. Avtomobil sürərkən pəncərələri açmaq əvəzinə kondisioneri yandırın. Avtomobildə və ya evdə kondisionerə polen filtri quraşdırın və vaxtaşırı təmizləyin. Mümkünsə, küləkli havada çölə çıxmayın. Üzünüzdə bariyer xüsusiyyətləri olan nəmləndirici kremlərdən istifadə etmək dermatit şikayətlərinizi yüngülləşdirəcək. Vanna qəbul edərkən qurumayan və nəmləndirici xüsusiyyətlərə malik olan yuyucu gellərdən istifadə edin. Hamamdan sonra dərini nəmləndirmək allergen təması azaldacaq”.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et