Bu gün:

Astma nədir?


Astma tənəffüs yollarını bağlayan və nəfəs almağı çətinləşdirən xroniki bir xəstəlikdir. Astmada allergenlər, tüstü, soyuq hava və ya məşq kimi tetikleyicilərə cavab olaraq, tənəffüs yollarının ətrafındakı hamar əzələlər büzülür və selik adlanan yapışqan sekresiya istehsalı artır. Bu, tənəffüs yolunun daralmasına səbəb olur. Müxtəlif reaksiyalara cavab olaraq inkişaf edən astma tutmaları hırıltı, nəfəs darlığı və öskürəyə səbəb ola bilər.

-Astma həm uşaqları, həm də böyükləri təsir edə bilər. Həmçinin:

-Havaya qarşı həssas olan şəhərlərdə yaşayan insanlara

-Ətraflarında siqaret çəkənlər və ya siqaret tüstüsünə məruz qalanlara (passiv siqaret çəkənlər)

-Allergiyası olan insanlara

-Ailədə allergiya və ya astma keçmişi olan insanlara 

Astma nədən yaranır?

Astma səbəbi bilinməsə də, araşdırmalar nəticəsində astmanın genetik səbəblər, infeksiyalar, ətraf mühit faktorları və insanların sağlamlıq vəziyyətinə görə inkişaf etdiyi düşünülür. Astma xəstədən xəstəyə çox fərqli ola bilər. Astma reaksiya kimi faktorları da əhatə edir.

Astmayı necə müalicə etmək olar?

Astma üçün qəti bir müalicə yoxdur, lakin həkiminizin təyin etdiyi dərmanlardan müntəzəm istifadə etməklə astma nəzarət altında saxlanıla bilər. Astma müalicəsinin əsasını simptomlar və müayinələrə əsaslanaraq dövri yoxlamalarla tətbiq olunan mərhələli müalicə təşkil edir. İşarələrin və simptomların şiddətindən asılı olaraq dərmanlarınız və onların dozaları dəyişə bilər. Bundan əlavə, həkiminiz aşağıda gördüyünüz kimi həyat tərzi dəyişikliklərini də tövsiyə edə bilər:

-Siqareti buraxmaq

-Ev heyvanlarına qarşı allergiyanıza nəzarət edin

-Kimyəvi buxarların və qoxuların qarşısını alın

-Tozlu və kifli mühitlərdən uzaq durun

-Həddindən artıq soyuqdan qorunma

-Müvafiq məşqlər etmək


Mənbə:acibadem.com

Tərcümə etdi:Uğur Hacıyev

Paylaş
Şərh əlavə et