Bu gün:

Uzun müddət ekrana baxmağın zərərləri.


Quru gözlər meydana gəlir. Bu, bizim qavrayışımızı pozur. Hiss və reaksiyaya böyük ziyan vurur. Diqqəti cəmləməkdə çətinlik yaradır, baş ağrısına səbəb olur.

Bu gün texnologiyanın geniş tətbiqi ilə telefon, kompüter, televizor və planşet kimi elektron cihazların ekranlarına davamlı olaraq məruz qalırıq. Bununla belə, göz sağlamlığımızı qorumaq üçün bəzi tədbirlər görməliyik.

Telefonunuzun ekranına baxmaqda çətinlik çəkirsinizsə, mətni böyüdərək gözlərinizi rahatlaşdıra bilərsiniz. Ekrana uzun müddət baxarkən göz qırpmağı da unutmamalısınız, çünki bu, gözləri nəmləndirməyə kömək edir.

Göz sağlamlığı həyat keyfiyyətimizə təsir edən əhəmiyyətli bir məsələdir, ona görə də müntəzəm göz müayinələrini laqeyd etməməliyik.

Mənbə: Npistanbul 
Tərcümə etdi: Nailə Hadizadə
Paylaş
Şərh əlavə et