Şimal işıqları atmosferdəki yüklü hissələrin Yerin maqnit kütləsinin əlaqəsi ilə yaranır. Şimal işıqları Günəşdən gələn yüklü hissəciklərin (adətən elektron protonlar) atmosferə daxil olması və atmosferdəki qaz molekulları ilə toqquşması üçün yaranır. Bu toqquşmalar zamanı yüklü hissəciklər enerji yayır və işıq yaradır. Bu işıq yaşıl, bənövşəyi, çəhrayı və ya qırmızı rənglərdə görünür.

Şimal işıqları qutb zonalarında, Şimal qütbünə yaxın ərazilərdə daha tez-tez müşahidə olunur. Cənub yarımkürəsində bu hadisənin ekvivalentinə "cənub işıqları" və ya "aurora australis" deyilir.
Vizual olaraq heyrətamiz mənzərəyə səbəb olan şimal işıqlarını bir çox insan təbiət möcüzəsi hesab edir. İnsanlar şimal işıqlarını görmək üçün qütblərə səyahət edir və ya şanslı olsalar, qütb işıqlarını cənubda da görə bilirlər.
Şimal qütbünə daha yaxın olan ərazilərdə (məsələn, Skandinaviya, İslandiya, Alyaska, Kanadanın şimalı) şimal işıqlarını daha tez-tez görmək şansınız ola bilər.

Şimal işıqlarını nə vaxt görmək olar?
Şimal işıqlarını izləmək üçün ən yaxşı vaxt qış aylarıdır. Qışda gecə daha uzun sürür və səma daha qaranlıq olur. Bununla belə, şimal işıqlarını görmək üçün aydın səma da tələb olunur. Buludlu havalarda və ya şəhər işıqlarının sıx olduğu ərazilərdə şimal işıqlarını müşahidə etmək çətin ola bilər.
Mənbə: Hürriyyət
Tərcümə etdi: Aydan Qasımova
