Bu gün:

Qarabağ atları


Qarabağ atı dünyanın ən qədim cinslərindən biri hesab olunur. Vətəni Qarabağın yüksək dağlarıdır. Bu atlar milli irsin simvolu və hər bir azərbaycanlının qürurudur. Qarabağ atları təbiətcə sakit və mehriban heyvanlardır. Tarixən Qarabağ atlarının səciyyəvi xüsusiyyəti onların dağlıq və nahamar əraziləri aşmaq qabiliyyəti idi. Hazırda Qarabağ atlarından əsasən yarış üçün istifadə olunur. Bu cins müstəsna dözümlülüyü ilə tanınır.


Qarabağ atları “Keqlyan” kimi tanınır. Onların fərqləndirici xüsusiyyəti, ilk növbədə, onların rəngidir, çünki onlar əsasən qırmızı, qızılı-qırmızı, qəhvəyi, qızılı və ya gümüşü rəngli limon sarısıdır. Onlar 19-cu əsrin sonlarına qədər Qafqazın gözəlliyi və fəxri olub, təkcə knyazlığa deyil, həm də kral yəhərinə layiq olublar.


Mənbə: expoconf.online

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et