Bu gün:

Heç böyüməyən heyvanlar varmı?


Sizcə, bir heyvanın körpə formasını saxlaması mümkündürmü? Axolotl məhz bunu edir. Yetkinlik dövründə belə sürfə mərhələsində qalır. 

Axolotllar (Ambystoma mexicanum) suda yaşayır və salamandr qrupunun üzvləridir. Təbiətdə onlara yalnız Meksikanın su hövzələrində rast gəlinir.

Axolotlı bu qədər gənc edən nədir? 

Axolotls neoteniya deyilən bir şeyi göstərir. Bu, orqanizmin inkişafının ləngidiyi bir prosesdir. Neoteniya göstərən heyvanlar daha uzun müddət gənc formada qalırlar və ya heç vaxt yetkin formaya çatmırlar. Bununla belə, heyvan cinsi yetkinləşir, lakin onun yetkinlik dövründən bir neçə xüsusiyyəti qalır. Salamandrların əksəriyyəti müntəzəm metamorfoza məruz qalır (tırtılların kəpənəklərə çevrilməsi kimi). 

Axolotl sürfə formasında necə qalır?

Axolotllarda heyvan erkən sürfə mərhələsində olduqda tiroksin ifrazının artması müşahidə olunur. Lakin onu aktivləşdirən ferment sürfələrdə yoxdur ki, bu da metamorfozun qarşısını alır. Onlar yetkinlik dövründən bir çox xüsusiyyətləri saxlayaraq yetkin olurlar.

Axolotlların neoteniyası kök hüceyrələrin öyrənilməsində insanlar üçün çox vacibdir, çünki onlar bərpa etmək qabiliyyətinə malikdirlər. Təəssüf ki, aksolotllar təbiətdə inkişaf etmir. 

Mənbə: Nasilbe

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et