Bu gün:

Onlar öz istəyi ilə yaşayırlar


Pişiyin təbii marağı ətrafı dərk etməyə başladığı andan ortaya çıxır. O, daima ən qaranlıq hərəkətləri və ən zəif səsləri belə araşdırmaq istəyir. Deyirlər ki, o, yalnız bir gözü və bir qulağı ilə yatır. Bundan əlavə, o, yeni obyektləri və yeni yerləri araşdırır. Pişiklər hər yaşda oynayırlar. 

Bu həm də onun səhhətinin yaxşı olduğuna işarədir. Onlar müxtəlif oyun zənglərinizdə məmnuniyyətlə iştirak edirlər və bir neçə pişik birlikdə yaşayırsa, onlar da bir-biri ilə oynayacaqlar.

Bunu hamı bilir: pişik müstəqil bir heyvandır. Yalnız öz istəyi ilə yaşayır, yatacağı və ya istirahət edəcəyi yeri seçir, istəmədikcə sığallanmağa imkan vermir. Üstəlik, o, çox itaətkar deyil. Bu müstəqillik pişiyin xarakterindədir. Ancaq pişiklər sahiblərinə və yaşadıqları mühitə son dərəcə bağlıdırlar.

Pişiklər yeni evə köçdükdə və ya sahiblərini dəyişəndə çox sarsılırlar. Xüsusilə, bəzi pişik cinsləri sahiblərinə həddindən artıq bağlı olurlar və onlara "it-pişik" deyirlər. Pişik çox kilometr yol qət edə və yolunu itirmədən başlanğıc nöqtəsinə qayıda bilər. Şübhəsiz ki, onun geri qayıtmasına imkan verən heyrətamiz vizual yaddaşı var. Ancaq sahiblərinə qayıtmaq üçün belə uzaq marşrutları necə tapdığını izah etmək çətindir. Qocalıq on yaşından başlayır. Pişik daha sakitdir, daha çox yatır, daha yavaş hərəkət edir. Sanki boş rejimdə yaşamağa başladı. Yemək məsələsində daha şıltaq olur. Təmizliyinə az diqqət yetirir və çox az yuyulur.

Mənbə: Zeytinburnuvet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et