Bu gün:

Dünyanın 7 möcüzəsi


1 – Maçu Pikçu: Buludlarda tikilmiş qədim şəhər

Dünyanın yeni 7 möcüzəsinin məzmununa çatmaq üçün ən çətin yerlərdən biri ilə başlayırıq. O qədər gözəldir ki, Hayao Miyazakiyə "Göydəki qala" əsərinə ilham verən yerdir. Peruda And dağlarının Urubamba vadisində yerləşən Maçu Pikçu İnka sivilizasiyasına aid qədim şəhərdir. 15-ci əsrdə tikilmiş bu əsrarəngiz şəhəri 1912-ci ildə ətraf əraziləri tədqiq edən amerikalı arxeoloq Hiram Vinqem kəşf edib. Dəniz səviyyəsindən 2403 metr yüksəklikdə inşa edilən bu qədim şəhər “ölmədən əvvəl görülməli yerlər” siyahılarının başındadır.

2 – Böyük Çin səddi:

Dünyanın ən uzun divarı "Məşhur inancın əksinə olaraq, Böyük Çin Səddi kosmosdan görünmür." Gəlin məlum səhvə aydınlıq gətirək. Böyük Çin səddi dünyanın ən uzun divarı hesab olunur, Çin Xalq Respublikasının sərhədləri daxilində yerləşən və ümumi uzunluğu 21.296 km olan istehkam sisteminin bir növüdür. Çin turizminin ən məşhur yerlərindən biri olan Böyük Çin Səddi eramızdan əvvəl tikilmişdir. Bu, 7-ci əsrdə başlanmış və bərpa işləri də daxil olmaqla 2000 il davam edən bir işdir. Nə deyək, bir gün Çində olsanız, bir çox şəhərlərdə bu divarı ziyarət edə bilərsiniz.

3 – Christo Redentor (Xilaskar Məsih Heykəli)

Qollarının eni 28 metr olan heykəl dünyanın ən geniş heykəli olma ünvanına malikdir. Rio de Janeyronun simvolu olan və şəhəri qucaqlayan heykəlin tikintisi düz 9 il çəkdi. Rio şəhərinin ən gözəl mənzərələri şübhəsiz ki, bu heykəldən görünür. 

4 - Chichen Itza: Maya sivilizasiyasının paytaxtı

Mayya sivilizasiyasının əzəmətini əks etdirən bir irs olan Chichen Itza, Meksikanın Kankun şəhərindən 2-3 saatlıq avtomobillə çata biləcəyiniz bir yerdə hər gün tarix həvəskarlarını bir araya gətirir. 600-1221-ci illər arasında tikilmiş bu şəhərdə çoxlu məbədlər və yaşayış yerləri var. Məsələn, Kukulkan Piramidası kimi.

5– Tac Mahal: Saf sevginin ağ simvolu

Kamil sevginin memarlıq təzahürü olan Tac Mahal 1648-ci ildə Şah Cahan tərəfindən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikilmişdir. Hindistanın Aqra şəhəri hər il yüz minlərlə səyahətçini özünə cəlb edir. 73 metr hündürlüyündə təmiz mərmərdən hazırlanmış Tac Mahal, tikintisi 22 il davam edən yeni dünya möcüzəsidir. Bina haqqında deyilənlərə görə, Şah Cahan tikinti zamanı mərmərlərin arasına qiymətli daşların qoyulmasını əmr edib. Beləliklə, günün müxtəlif vaxtlarında dəyişən günəş şüaları sayəsində binanın içərisində və xaricində müxtəlif işıq oyunları meydana gəlir.

6 – Kolizey: Qədim zamanların idman arenası

Roma ilə bağlı hər detalın qovuşduğu qədim həyəcan nöqtəsi kimi tanınan Kolizey 80-ci ildə inşa edilib. Roma İmperiyası dövründə həyəcan beşiyi olan bu amfiteatrda on minlərlə insanın izlədiyi qladiator döyüşləri keçirilirdi.Birinci mərtəbəsi Toskana sütunu formasında tikilən bina, ikinci mərtəbəsi İon sütunu, üçüncü mərtəbə isə Korinf sütunu şəklində bu gün də dayanır. Bu gün Romaya gələn səyahətçilər qladiator geyimində italyanlarla şəkil çəkdirə bilərlər. Dünyanın yeni 7 möcüzəsi dedikdə, hər il yüz minlərlə turisti özünə cəlb edən Kolizey ilk ağla gələn əsərlərdən biridir.

7 – Petra: Qayalarda oyulmuş qədim şəhər

Şair Con Uilyam Burqon tərəfindən "tarixin yarısı qədər qədim bir qızılgül-qırmızı şəhər..." kimi təsvir edilən Petra Qədim Şəhəri qədim zamanlarda İordaniya sərhədləri daxilində yaşayan Nəbatilər tərəfindən inşa edilib. Həmin illərdə səhralardan keçən ticarət karvanlarının dayanacağı olan bu şəhər aldığı ticarət vergiləri sayəsində zənginləşdi. Ticarət yollarının dəyişməsi ilə populyarlığını itirən bu şəhər zamanla tərk edildi. Qayalara oyulmuş Petra şəhəri bu gün İordaniyanın ən mühüm tarixi abidələrindən biri kimi diqqətlə qorunur.

Mənbə: flypgs

Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et