Bu gün:

Zəncəfilin faydaları nələrdir?


ncəfil qədim zamanlardan bəri istifadə olunur. İltihab əleyhinə təsirə malik, hündürlüyü təxminən 1 metr olan, ədviyyat və təbii dərman kimi geniş istifadə olunan çoxillik ot bitkisidir. Mədə problemlərindən arıqlamağa, ürək xəstəliklərindən menstruasiya idarəsinə qədər bir çox sağlamlıq faydası olan zəncəfil toz zəncəfil və zəncəfil çayı şəklində istifadəsi ilə yanaşı, yeməklərə dad vermək üçün də istifadə edilməsi ilə tanınır. 

Zəncəfil; Asiya bölgəsinə aid olan, qədim zamanlardan bir çox sağlamlıq üçün istifadə edilən, sarı-qırmızı çiçəkləri olan, təxminən 1 metr hündürlüyündə çoxillik ot bitkisidir. Əsasən uçucu yağlar, qatran və qatran turşusu və zəncəfildən ibarət olan və dadını zəncəfildən alan zəncəfil bir az acı dada malikdir və ümumiyyətlə qurudularaq üyüdülür və çörək, sous, köri yeməkləri, qənnadı məmulatları üçün ədviyyat kimi istifadə olunur. 

Zəncəfil toz və çay şəklində də istifadə olunur. İnsan sağlamlığına, mədə xəstəliklərindən qan şəkərini salmağa, ürək xəstəliklərindən arıqlamağa qədər faydaları ilə tanınan zəncəfil bu xüsusiyyəti antioksidan xüsusiyyətlərə malik olan və iltihab fermentlərini azaldan gingerol adlı güclü birləşmədən alır.

Zəncəfilin qida dəyəri nədir?

Konkret olaraq, 1 xörək qaşığı zəncəfilin qida dəyəri aşağıdakı kimidir:

• 5 kalori

• 1 qram (q) karbohidratlar

• 0,1 q qida lifi

• 0,1 q protein

• 0,1 q şəkər

Zəncəfilin faydaları nələrdir?

Zəncəfilin ürəkbulanma, ağrı, şişkinlik və həzmsizliyi aradan qaldırmaq, ishal kimi qaz və bağırsaq problemlərinə kömək etmək, qan şəkərini azaltmaq və PMS simptomlarını basdırmaq kimi faydaları var.

Tərkibindəki gingerol maddəsi ilə iltihab əleyhinə təsir göstərən zəncəfilin faydaları aşağıdakılardır:

• Zəncəfil həzm prosesini sürətləndirir

• İmmuniteti artırır

• Ürək bulanmasına yaxşı gəlir

• Zəncəfil qan şəkərini aşağı salan təsirə malikdir

• Premenstrüel gərginlik sindromunun simptomlarını aradan qaldırır

• Bədənin infeksiya ilə mübarizə aparmasına kömək edir

• Zəncəfil istehlakı xolesterolu idarə etməyi asanlaşdırır

• Anksiyete, depressiya və travma sonrası stress pozğunluğu üçün yaxşıdır

• Ürək xəstəlikləri riskini azaldır

• Mədə ağrıları, şişkinlik və həzmsizliyin qarşısını alır

• Bağırsaq hərəkətlərini yaxşılaşdıra, ishal və qəbizliyi aradan qaldıra bilər.

• Bəlğəmgətirici xüsusiyyəti ilə öskürəyə xeyirlidir.

• Arıqlamağa kömək edir

• Xərçəng müalicəsində həkim nəzarəti altında istifadə edilə bilər

Mənbə: Memorial

Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et