Soyuq hava, aşağı rütubət səviyyəsi və daxili istilik sistemlərinin istifadəsi dərini qurudur. Bəs bu vəziyyətə qarşı nə etmək olar?
Dərinin nəmini itirməsinin səbəbləri nələrdir?
Quru dəri soyma, qaşınma və çatlama ilə xarakterizə olunan narahat bir vəziyyətdir. Bu, müxtəlif səbəblərdən ola bilər və ya dəriniz təbii olaraq quru ola bilər. Ancaq hətta yağlı dəriyə sahib insanlar da zaman-zaman quru dəri problemi yaşaya bilərlər.
Quru dəri bədənin hər hansı bir hissəsinə təsir edə bilər. Adətən, əllərdə, qollarda və ayaqlarda olur. Əksər hallarda problemi həll etmək üçün həyat tərzinin dəyişməsi və nəmləndirici kremin istifadəsi kifayətdir. Ancaq bəzi hallarda problemin səbəbi əsas səbəb ola bilər və müalicəsi çətin ola bilər. Bu vəziyyətdə bir dermatoloqa müraciət etmək lazım ola bilər. Quru hava şəraitinə, isti suya və bəzi kimyəvi maddələrə məruz qalma dərinin qurumasına səbəb ola bilər.
Dərinin qurumasının qarşısını almaq üçün nə etməliyik?
Nəmləndirici kremlərdən istifadə dəri quruluğunun qarşısını almaq və ya aradan qaldırmaq üçün vacib bir addımdır. Bundan əlavə, isti su ilə uzun duş qəbul etməmək və isti su ilə çimməmək dərinin qurumasının qarşısını ala bilər.
Həssas dərilər üçün tərkibində ətir və spirt olmayan təbii tərkibli nəmləndiricilərə üstünlük verilməlidir. Bundan əlavə, daxili rütubət səviyyəsini artırmaq üçün nəmləndiricilərdən istifadə də dəri sağlamlığına kömək edə bilər.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Rəhimə Cəmilova
