Bu gün:

Monte Karlo yanlışlığı


Monte Karlo Yanlışlığının ən sadə tərifi tez-tez və ya nadir hallarda müstəqil olaraq baş verən hadisənin sonradan baş verəcək hadisənin nəticələrinə təsir edəcəyinə inanmaqdır. Beləliklə, deyə bilərik ki, bu bir qərəzdir.

1913-cü ildə Monte-Karlo kazinosunda rulet oyununda belə bir hadisə baş verdi: top çox nadir olduğu üçün ard-arda 26 dəfə qara rəngə düşdü. Bu halda oyunçular bu seriya zamanı hər dəfə növbəti rəngin qırmızı olacağına mərcə girərək milyonlarla dollar itirdilər. Bir kazinonu bu qədər gəlirli edən ədalətsiz bahislərin qəbul edilməsidir. Əgər kimsə sizə ədalətsiz tariflər təklif edirsə, onları qəbul etmək sizin günahınızdır.

Tədqiqatlar göstərir ki, sadəcə Monte Karlo səhvindən xəbərdar olmaq çox vaxt ondan qaçmaq üçün kifayət etmir. Bu səhvə yol verməmək üçün müxtəlif hadisələrin bir-birindən müstəqil olduğunu daxili qəbul etməliyik.

Mənbə: Mehmetharbali.com 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et