Bu gün:

Avokadonun faydaları nələrdir?


Sağlamlıq üçün çox faydalı olan avokadonun 70%-dən çoxu yaxşı yağlardan ibarətdir və bir çox xəstəliklərə qarşı qoruyucudur.

Xüsusilə, idmançılar və pəhriz saxlayanlar üçün tez-tez tövsiyə olunur, çünki maddələr mübadiləsini sürətləndirir, doldurur və bədənin ehtiyac duyduğu qidaları ehtiva edir. Digər meyvələrlə müqayisədə tərkibində çox az şəkər olduğu üçün qan şəkərini nəzarət altında saxlayır.

Avokado çox yaxşı bir lif qaynağıdır və həzm sistemi və qəbizlik problemləri üçün çox faydalıdır.Tərkibindəki yağ turşuları sayəsində immunitet sistemini gücləndirir. Qandakı şəkər səviyyəsini tarazlaşdırır. Həmçinin vitamin və mineralların udulmasını asanlaşdırır. Xolesterin səviyyəsini sabit saxlayır və ürək sağlamlığını dəstəkləyir. Tərkibindəki güclü antioksidant karotenlər sayəsində göz sağlamlığını qoruyur. Gündə yarım avokado istifadəsi K vitamini ehtiyacınızın 22%-ni qarşılayır və sümük sağlamlığı üçün çox vacibdir. Tərkibindəki sağlam yağlar, zülallar və minerallar qocalar, uşaqlar və hamilə qadınlar üçün mükəmməldir.

Mənbə: Npistanbul 
Tərcümə etdi: Nailə Hadizadə







Paylaş
Şərh əlavə et