Limonun faydaları və zərərləri
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. "Limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib.
Xalq arasında limon turş portağal kimi adlandırılır. Bəs bilirsinizmi bu turş portağalın(limonun) hansı faydalı və ziyanlı təsirləri mövcuddur?
Limonun faydalı cəhətləri:
1. Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır
2. Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır
3. Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir
4. Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır
5. Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır
6. Qanın dövrünü və tərkibini yaxşılaşdırır
7. Dırnaqları ağardır və möhkəmləndirir
8. Qan damarlarını xolesterindən təmizləyir;
9. Saçların sağlamlaşdırılmasına kömək edir
10. Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur
11. Diş ağrısı zamanı limonun suyunu ağrıyan dişə tətbiq etsək ağrı effektini itirər.
Limonun faydalı təsirləri ilə yanaşı, həm də zərərli təsirləri də vardır.
Limonun zərərləri:
Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:
1. Mədəaltı vəzin fəaliyyətinin pozulması;
2. Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;
3. Enterit, kolit və kəskin qastroenterokolit.
Mənbə: Milliyet.com.tr
Tərcümə etdi: Aytac Musayeva
