Bu gün:

"Azərbaycanın çox zəngin mədəniyyəti və iqlimi var"



Bakı Konqres Mərkəzində Celal Şengör və İlber Ortaylının “Dünyada mövcud beyin köçü” adlı master-klassı baş tutub. Dünyada beyin köçünün səbəbləri barədə ətraflı danışan qonaqlara suallar ünvanlanıb.  


İlbər Ortaylı  Azərbaycanın istər ədəbiyyatı, musiqisi, istərsə də iqlimi baxımından çox zəngin olduğunu və dünyada buradakı yüksək mədəniyyətin rolundan bəhs edib. Odur ki, Azərbaycanın zənginliyini anlamaq üçün onu gəzmək, araşdırmaq, oxumaq lazım olduğunu vurğulayıb. Azərbaycandan Türkiyəyə və ya əksinə, beyin köçünü normal qarşılayıb, iqlimləri yaxın olan ölkələrin vətəndaşlarının uyğunlaşma prosesinin daha asan olduğunu qeyd edib. Əks təqdirdə köç edən bir çox  insanların məyus olaraq xəyalqırıqlığı yaşayabilmə ehtimalını xüsusi qeyd edib.


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et