
Sinirlər beyindən bədənin müxtəlif hissələrinə siqnalları ötürən bir keçirici sistemdir. Sinirlər, içərisində qruplar halında, qoruyucu bir qaba sarılmış, kabel kimi uzanan minlərlə lifdən ibarətdir. Bu sistem qoruyucu izolyatorla əhatə olunmuşdur.
İki növ sinir var: beyin mənbələrinə siqnal ötürən və hərəkətə nəzarət edən motor sinirlər və müəyyən hissələrdən ağrı, təzyiq, temperatur və digər hissləri ötürən hiss sinirləri.
Sıxılma, təzyiq və kəsilmə nəticəsində sinirlər zədələnə bilər. Burulma və sıxılma ilə siniri əhatə edən qoruyucu təbəqənin strukturu zədələnmir, lakin liflərin zədələnməsi səbəbindən keçirici sistem pozulur, nəticədə sinir fəaliyyətini dayandırır. Kəsilən zaman təkcə sinir lifləri deyil, həm də onları əhatə edən qoruyucu təbəqə zədələnir ki, bu da sinir ötürülməsinin pozulmasına gətirib çıxarır.
Membranlar qorunarkən sinir zədələndikdə, sinir liflərinin degenerasiyası zədədən dərhal sonra baş verir və yalnız membranı içi boş borular şəklində buraxır. Bir müddət sonra bərpa dövrü başlayır. Qoruyucu qabıq zədələnməzsə və ya qabıq bərpa olunarsa, sinir lifləri içi boş boruların içəriləri ilə böyüyür və motor və ya hissiyyat sinirlərinin reseptorlarına bərpa olunur.
Sinirlər bədənimizdə ən yavaş bərpa olunan toxumalardır. Qoruyucu qişanın strukturu bərpa olunmazsa, bərpa dövrü keçirən və daha da böyüyən sinir ucları öz yolunu tapa bilməyəcək, buna görə də sinir uclarında neyroma adlanan kistalar əmələ gələcək. Bu kistlər üzərinə basdığınız zaman ağrılı elektrik siqnalları yaradacaq.
Mənbə: Handsurgeryturkey.com
Tərcümə etdi: Səmayə Qədirova
