Bu gün:

Yeni il klassikası olan "Evdə Tək" filmi haqqında heç eşitmədiyiniz 10 təfərrüat



 "Evdə tək" filmi hər Yeni il gecəsi televiziyada nümayiş etdirilir və ona hər baxanda bizi uşaqlığımıza qaytarır. Dünyanın ən yaxşı ailə filmi olmağa namizəd olan bu film haqqında daha əvvəl eşitmədiyimiz məlumata BuzzFeed-də rast gəldik. 

1. John Hughes səyahət zamanı yaşadığı hadisədən sonra  bütün ssenarini 9 gün ərzində yazmışdır.

1989-cu ilin avqustunda ailəsi ilə Avropaya səfəri zamanı o, "Birini unutsaq nə olacaq?" sualını özünə verib və nəticədə belə bir ssenari ərsəyə gəlib.

2. Macaulay Culkin Kevin McCallister rolunu alana qədər 200 uşaq dinləmələrdən keçmişdir

3. McCallister evi realdır və İllinoysda yerləşir. Ailə film çəkilişləri zamanı evdə yaşayıb və vaxtlarından tam həzz alıblar. Ev 2011-ci ildə 1,8 milyon dollara satılıb.

4. Lakin evin daxili görüntülərinin çoxu Çikaqodakı orta məktəbdə çəkilib.Məktəbin hovuzu evin zirzəmisinə çevrilib. Eyni zamanda məktəbdə polis bölməsi və hava limanı səhnələri də çəkilib.

5. Robert De Niro və Con Lovitz Harri Laym rolundan imtina ediblər.

6. Co Pesci ailə filmlərində oynamağa öyrəşmədiyi üçün çəkiliş meydançasında daim söyüş söyürmüş.

7. O, John Candy-nin bütün səhnələrini 23 saat ərzində çəkdi.O, səhər saat 7-dən səhər 6-ya qədər işləyirdi. 

8. Və bütün səhnələrini improvizə edərək oynayırdı.Əslində bəziləri o qədər əlaqəsiz idi ki, o səhnələri kəsməli olmuşdular. 

9. Qoca Marli əvvəlcə filmin bir hissəsi deyildi, personaj ilk qaralamadan sonra əlavə edilmişdir. Onun adı Çarlz Dikkensin kitablarından ilhamlanıb.

10. Qorxunc soba, sadəcə olaraq, fənər və yayları olan iki kişinin yaratdığı bir əşyadır. Onların vizual effektlər üçün kifayət qədər büdcəsi yox idi


Mənbə:Onedio


Tərcümə etdi:Fatimə Şükürova

Paylaş
Şərh əlavə et