
Kompasın kimin icad etdiyi məlum olmasa da ilk kompasların təxminən eramızdan əvvəl 220-ci ildə Çində istifadə olunduğu məlumdur. Təsəvvür edin ki, yüz illər əvvəl yaşayırsınız və böyük okeanın ortasında fırtına ilə mübarizə aparan bir dənizçi olursunuz. Gəminiz yüksələn və enən dalğalar səbəbindən o yan-bu yana yellənir. Heç nə görmür. Təbii ki, hara gedəcəyinizi bilmirsiniz. Xoşbəxtlikdən, yolunuzu tapmaqda sizə kömək edəcək sadiq dostunuz var: kompas.
Yaxşı, bir çox kəşflərə, o cümlədən yeni qitələrin kəşfinə yol açan bu kiçik cihazın kim tərəfindən və nə vaxt ixtira edildiyini heç düşünmüsünüzmü? İndi sükanımızı keçmişə çevirək və kompasın ixtirası haqqında tarixi səyahətə çıxaq. Məlumdur ki, qədim Yunanıstanda insanların maqnit haqqında məlumatı olub. Hətta məşhur filosof Thalesin maqnitlərin dəmiri hərəkət etdirdiyi üçün ruhu olduğunu dediyi deyilir. Lakin sonradan məlum olub ki, maqnitlər şimal-cənub istiqamətini göstərirmiş. Kompası kimin icad etdiyi məlum olmasa da, ilk kompasların təxminən eramızdan əvvəl 220-ci ildə Çində istifadə olunduğu məlumdur. Binaların düzgün istiqamətə baxmasını təmin etmək üçün istifadə edilən bu kompaslar həmişə şimala baxan düz bir boşqab üzərində qaşıq formalı lodestonedan ibarət idi. Bu kompaslardan daş-qaş və qızıl axtarmaq üçün də istifadə olunurdu.
Kompasdan əvvəl nə istifadə olunurdu?
Qədim dövrlərdə dənizçilər yerlərini müəyyən etmək üçün Günəş və Qütb Ulduzu kimi göy cisimlərindən istifadə edirdilər. Məsələn, Prof. Dr. Fuat Sezgin “İslam sivilizasiyasında astronomiya, coğrafiya və dənizçilik” kitabında 9-cu əsrdə müsəlman dənizçilərin yerlərini təyin etmək üçün üfüq xətti ilə göy cismi arasındakı hündürlüyü ölçən “kəmal” adlı alətdən istifadə etdiklərini söyləyir. Prof. Dr. Fuat Sezgin bildirir ki, Yakup çubuq və Davis siferbatı kimi alətlər də eyni məqsədlə istifadə olunub.
Mənbə:bilimgenc
Tərcümə etdi:Fatimə Şükürova
