Bu gün:

Səyahət çantasında olmalı 14 ən vacib əşya


Səyahət zamanı hazırlıqlı olmaq çox vacibdir. Səyahət çantasında olan bəzi şeylər səyahətinizin rahat və problemsiz keçməsini təmin edir.

Günəş kremi yay və qışdan asılı olmayaraq hər zaman yanınızda olmalıdır. Xüsusilə, yayda dəniz tətili keçirəcəksinizsə bu mütləqdir.

Siyahının ilk sıralarında yer alan günəş eynəkləri günəşin zərərli şüalarından qoruyur.Həmçinin maşın sürərkən rahatlıq üçün əvəzedilməz vasitədir.

Səyahət xəstəliyi və ürəkbulanma bir çox insan üçün ən böyük problem ola bilər. Bu mövzuda sevimli dərmanlarınızı və müntəzəm qəbul etdiyiniz dərmanlarınız varsa, onları özünüzlə götürməyi unutmayın.

Bəzən kiçik qəzalar baş verə bilər. Müvəqqəti həll olsa da, kiçik qanaxmaları dayandırmaq üçün sarğı çox vacibdir.

Yaş salfetlər ləkələri çıxartmaq və oturacağı təmizləmək üçün vacibdir. Əgər səyahətdə uşaq varsa, nəm salfet götürmək mütləq lazımdır.

İctimai nəqliyyat vasitələrində tər qoxusu yanınızdakı insanı narahat edə bilər. Odur ki, heç kimi narahat etməmək üçün səyahətə çıxmazdan əvvəl dezodorantdan istifadəni və özünüzlə dezodorant götürməyi unutmayın.

Səfər üçün diş fırçası və diş məcunu götürmək diş təmizliyi üçün vacibdir. Səyahət üçün xüsusi ölçüdə lazım olan vasitələri tapmaq mümkündür. 

Getdiyiniz yerə şampun və ya kondisioner kimi məhsullarınızı özünüzlə götürməyi unutmayın. Çünki müxtəlif markaların istifadəsi saçda kəpək və ya mənfi təsirlərə səbəb ola bilər. Təyyarə ilə səyahət edəcəksinizsə, 100 ml limitini unutmayın. Öz şampununuzu 100 ml-lik şüşələrə qoyub bu şüşələri özünüzlə götürün. Əks halda, təhlükəsizlikdən keçərkən bu gigiyena vasitələrini zibil qutusuna ata bilərsiniz. Bu, dezodorantlara da aiddir.

Ehtiyat ayaqqabı xüsusi vəziyyətdə köməyinizə gələ bilər. Xüsusilə, uşaqla səyahətə gedəcəksinizsə, uşaq üçün ehtiyat ayaqqabılar mütləqdir.

Telefon, pul, açar, şəxsiyyət vəsiqəsi olmadan səfəriniz mənasız keçə bilər. Hətta səfərə çıxmaya bilərsiniz. Buna görə də bu 4-ü daima ağlınızda mütləq saxlamalısınız.

Səyahətiniz üçün təyyarə və ya avtobus bileti almısınızsa, bu biletləri özünüzlə aparmağı unutmayın. İndi hər şey rəqəmsal olsa da, biletiniz bəzən lazım ola bilər.

Mənbə: Turna

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et