Bu gün:

Niyə bəzi uşaqlar gec danışırlar?


Gec nitq (nitq gecikməsi) uşağın yaşıdları ilə müqayisədə dil-nitq bacarıqlarının qeyri-adekvat olduğu vəziyyətdir. Gec nitqdə uşaq ilk sözlərini söyləməkdə, cümlələr qurmaqda və özünü ifadə etməkdə yaşıdlarından geri qalır.

Bir çox səbəblər var:

Nitq gecikməsinin səbəblərini belə sıralamaq olar: İntellektual problemlər, eşitmə problemləri, görmə problemləri, xroniki depressiya, epileptik tutmalar, dil bağı, yarıq damaq-dodaq kimi ağız problemləri, geniş inkişaf geriliyi, qardaş qısqanclığı, televizora baxmaq, ailə dili gecikmə, travma, çoxdilli ailə (valideynlər birdən çox dildə danışır).

Neçə yaşda başlayır?

Uşaqların danışma yaşı üçün dəqiq yaş yoxdur. Bu, hər bir uşaq üçün fərqlidir. Amma adətən uşaqlar ilk sözlərini 12-18-ci aylar arasında deməyə başlayırlar. Nitqin inkişafı 1,5-3 yaş aralığını əhatə edir. Bu dövrdə nitqlər daha anlaşıqlı olur və günü-gündən artır.


TV necə təsir edir?


Uşaqlarda nitq.Birgə oynanan oyunlar və qarşılıqlı dialoqlar vasitəsilə inkişaf edir. Televiziyaya baxmaq, xüsusən də, uzun saatlar tək başına və başqa heç bir stimullaşdırmadan televizor qarşısında qalmaq 0-3 yaş arası uşaqlarda nitq gecikməsinə səbəb ola bilər. Xüsusilə, 0-3 yaş arası uşaqların telefon, planşet, kompüter və televizorla təması nitq gecikməsi ehtimalını artırdığından bu yaş aralığında elektron cihazlara məruz qalmamaları mütləq faydalı olardı.

Müalicə üsulları hansılardır?
Danışıq gecikməsi olan uşaq bir mütəxəssisdən kömək almalıdır. "Yaş keçdikcə keçəcək. "Kiçik ikən gec danışmışam" kimi fikirlər müalicə prosesini çətinləşdirməklə yanaşı, problemin böyüməsinə də səbəb ola bilər. İlk növbədə, xəstəliyin səbəbini araşdırmaq lazımdır. Məsələn, uşağın eşitməsinə və danışmasına mane olan bir eşitmə və ya görmə problemi araşdırılmalıdır.Daha sonra yaşa görə uyğunlaşma inkişaf testi və zəka testi qiymətləndirmələri aparılmalıdır.Bütün bunlar normaldırsa, nitqin gecikməsinə səbəb ola biləcək ətraf mühit faktorları araşdırılmalıdır. Müalicə zamanı oyun terapiyası, loqopedik və xüsusi təhsil dəstəyi istifadə olunur. Uşağın nitq gecikməsinin erkən müalicəsinə başlamaqla uşaq qısa zamanda həmyaşıdları ilə aradakı fərqi aradan qaldıracaq.


Mənbə: Posta

Tərcümə etdi: Nuray Mürsəlova



















Paylaş
Şərh əlavə et