Bu gün:

Dırnaqlarınız 10 dəqiqəyə ağaracaq


Hər kəs dırnaqlarının təmiz, sağlam və baxımlı olmasını istəyir. Bəs siz dırnaqlarınızın içini necə təmizləyirsiniz? 

Dırnaqlarınızın içini ağartmaq bir az səy tələb edə bilər. Dırnaqlar dırnaq boyasının həddindən artıq istifadəsi və bütün gün çirklənmə nəticəsində asanlıqla rəngini itirə bilər. Dırnaqlarınızın təmiz görünməsi üçün təbii üsullardan istifadə edə bilərsiniz:

Limon şirəsi

İki limonu kiçik bir qaba sıxın. Barmaqlarınızın ucunu qabda təxminən 10 dəqiqə saxlayın.

Çay sodası 

Çay sodası çoxsaylı gözəllik faydaları ilə tanınır. Dırnaqlarınızın içindəki nahiyəni təbii şəkildə ağartmaq üçün 2 çay qaşığı soda ilə ilıq su qarışdırın. Bu qarışığı dırnaqlarınıza çəkin. Təxminən 5 dəqiqə saxlayın və sonra yuyun.

Diş məcunu 

Başqa bir əla yol, üzərində bir az diş məcunu olan yumşaq diş fırçası ilə barmaqlarınızın uclarını və dırnaqlarınızın içini yumşaq bir şəkildə ovuşdurmaqdır. Dırnaqlarınızın altındakı bölgəni düzgün şəkildə ağartmaq üçün diş məcununu 3 dəqiqə saxlayın. Sonra soyuq su ilə yuyun. Daha sonra nəmləndirin, çünki bu, əllərinizi quruda bilər.

Ağ sirkə

Ağ sirkə ilə dırnaqlarınızın altındakı nahiyəni də ağartmaq olar. Bir yemək qaşıq ağ sirkə və kiçik bir stəkan su. Dırnaqlarınızı bu suda 5 dəqiqə saxlayın. Daha sonra əllərinizi və dırnaqlarınızı nəmləndirmək üçün krem çəkməyi unutmayın.

Mənbə: Milliyet 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et