Bu gün:

Qatqısız və sağlam bulyonlar necə hazırlanır?


Mütəxəssislər tərəfindən tərkibindəki maddəyə görə olduqca zərərli olduğu vurğulanan bulyonlar artıq tarixdir. Rahatlıqla hazırlaya biləcəyiniz və hazırlanması 15 dəqiqə çəkən toyuq bulyon resepti olduqca sadədir. Yeməklərinizə dad verəcək bulyon resepti sarımsaq, soğan və yerkökü kimi əsas və sağlam tərəvəzləri bir araya gətirməkdən ibarətdir. Gəlin yeməklərinizə dad verəcək bu sağlam bulyonları hazırlayaq!

Məmulatlar: 

2 kiçik soğan, 5-6 diş sarımsaq, 1 kərəviz və sapı, 2 orta boy kök,1 toyuq döşü, 1,5 çay qaşığı duz, 1 çay qaşığı qara bibər 

Tərəvəz və toyuq ətini xırda doğrayın.

Tavaya yağ, soğan, sarımsaq, kərəviz və saplaqları, sonra yerkökü və toyuq ətini əlavə edib qaynadın. Qaynadılmış məhsulları blenderlə püre halına salın.


 Püre halında olan maddələri tavaya qoyun. Qazda ədviyyatlarla 10-15 dəqiqə bişirin ki, artıq suyu buxarlansın.

Sonra onu dondurucuya uyğun bir qaba tökün və kublara kəsin. Artıq 4 saat dondurucuda dondurulmuş bulyonları yeməklərinizdə istifadə edə bilərsiniz.

Mənbə: Yasemin 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et